Xəbər lentiwidget-title-icon

Ammar Baxşalıyevdən dünya çempionatında bürünc medal
Azərbaycanın U-20 millisi 2 yoxlama matçı keçirəcək
Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşdi
15 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi
Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur

"Sabah"ın məşqçisi: "İnanıram ki, mövsümü 2-ci pillədə bitirə biləcəyik"

"Sabah" klubu Azərbaycan Premyer Liqasının 26-cı turunda doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Pressing.az
xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan öncə futbolçulara demişdim ki, çox ağır olacaq. "Qəbələ" çox yaxşı komandadır. Onlar turnir cədvəlində sonuncu pillədədirlər. Premyer Liqada qalmaq üçün mübarizə aparırlar. Evdə iki oyun dalbadal qalib gəlmək asan deyil. Oyunçularımı təbrik edirəm. Amma istəmirəm ki, onlar arxayınlaşsınlar. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə həqiqətən də pis idik. Ən önəmlisi odur ki, 3 xal qazandıq.

- Komandada nələri dəyişə bildiz?

- 4-3-3 sistemi ilə oynamağa üstünlük verdik. Deyə bilmərəm ki, çox şeyi dəyişmişik. İstəyirəm orta xətt oyunçularımızdan biri daha çox irəli getsin. Bu, birinci hissədə yaxşı idi. İkinci hissədə performansımız aşağı düşdü. Oyun ərzində bəzi şeyləri dəyişdik. Daha yaxşı olmalıyıq. Hazırda 3-cü yerdəyik. Zamanla inkişaf edəcəyik. Bunu əminliklə deyirəm. Bəzi problemlərimiz oldu. Amin Seydiyevin qızdırması var idi, son iki məşqi buraxmışdı.

- Qarşınıza konkret hədəf qoyulub?

- Xeyr. Mən özüm öz qarşıma məqsəd qoymuşam. Komandamızın potensialı var ki, mövsümü ikinci pillədə bitirək. Futbolçulara dedim ki, böyük məqsədləriniz varsa, bunu edə bilərsiniz. İnanıram ki, mövsümü 2-ci pillədə bitirə biləcəyik. Qarşıda 10 oyun var. Bu da 30 xal deməkdir.

- Azərbaycanda bir çox xorvatiyalı məşqçilər, futbolçular çıxış edib. Bura gəlmədən öncə kiminlə əlaqə saxladınız?

- Səmimi olmaq lazımdır. İlk olaraq Jelko Sopiçə zəng etdim. O, mənə klub haqda müsbət fikirlər söylədi. Təklif etdi ki, bu şansdan istifadə edim. Robert Prosineçkiyə də zəng etdim. Biz dostuq. O da çox yaxşı şeylər dedi.

- Əlinizdə olan heyətdən məmnunsuz? Komandadan gedəcək olanlar haqda fikirləriniz var?

- Bu, bir prosesdir. Hər transfer pəncərəsində istəyirsən ki, daha da inkişaf edəsən. Bütün dünyada belədir. Əlbəttə ki, yayda bəzi dəyişikliklər edəcəyik. Bizdə icarədə olan futbolçular var. Bəzilərinin müqaviləsi bitir.

Oxşar xəbərlər

Bütün xəbərlər