Xəbər lentiwidget-title-icon

Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16

"Klublara deyə bilmərəm ki, rəqibləri stimullaşdırmayın"

"Qəbələ"ni təbrik edirəm. Onlar bizdən yaxşı oynadılar, qalib gəldilər. Birinci hissədə öz səviyyəmizdə çıxış etmədik, çox pis oynadıq, çox top itirdik.Meydançada oyunçular arasında kommunikasiya yaxşı olmalıdır. İkinci toplara daha yaxşı reaksiya verməliyik. Rəqibə yaxşı təzyiq etdik, onlar bundan necə çıxmalı olduqlarını bilmirdilər. Bura üç xal üçün gəlmişdik. Əfsuslar olsun ki, səhvlər çox etdik və belə alındı.İkinci hissəyə yaxşı başladıq, amma qırmızı vərəqədən sonra çox çətin idi. 10 nəfərlə oynamaq asan deyil".

Pressing.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Krunosvla Renduliç Premyer Liqanın 34-cü turunun "Qəbələ" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Autsayderə məğlub oldunuz. Demək olar ki, komandanı psixoloji olaraq oyuna hazırlaşdıra bilməmişdiz?

- Xeyr, sizinlə razı deyiləm. Yeddi gün ərzində oyunçularımı xəbərdar etmişdim ki, "Qəbələ" çox yaxşı komandadır. Baxmayaraq ki, sonuncu pillədədirlər, onlar sadəcə digər rəqiblərlə müqayisədə şanslarından istifadə edə bilməyiblər. İlk yarıda rəqibə yaxşı təzyiq edirdik. Bu da onu göstərir ki, psixoloji cəhətdən yaxşı hazırlaşmışdıq. Əfsuslar olsun ki, böyük səhvlər etdik və uduzduq. Həyat davam edir. Ardıcıl dörd oyunda qalib gəlmişdik, amma bu oyunda uduzduq. Qarşıdakı matçlara hazırlaşmalıyıq.

- Davit Volkov qışda "Zirə"yə keçə bilərdi, amma alınmadı. Lakin gözlənilən budur ki, o, yayda həmin komandaya keçəcək. "Zirə" isə "Sabah"ın avrokuboklar uğrunda mübarizədə əsas rəqibidir. Burada hansısa əlaqə görürsüz?

- Bizimlə iyuna qədər müqaviləsi var. 15-20 gündən sonra nə olacağını deyə bilmərəm. Volkov komandanı 10 nəfərlə meydanda qoymaqla böyük səhv etdi.

- Onu cəzalandıracaqsız?

- O, özü-özünü cəzalandırdı. Çünki qarşıda iki oyun var və həmin matçlarda iştirak etməyəcək.

- Qarşıda birbaşa rəqiblərinizlə oyunlarınız var. Komandanı psixoloji sarıdan necə toparlayacaqsız?

- İdmanda bəzən qalib gəlirsən, bəzən uduzursan. Bizim üçün psixoloji problem olmayacaq. Dörd oyunda qalib gəlmişdik. "Qarabağ"ı məğlub edəndə də, "Real"(Madrid) deyildik. İndi uduzmuşuqsa, o demək deyil ki, ikinci liqa səviyyəsində hansısa komandayıq. Xüsusi məqsədlərimiz var və onlara çatmaq üçün çalışmalıyıq.

- Son vaxtlarda stimullaşdırma məsələsi gündəmdədir. Xüsusən də, avrokuboklar uğrunda mübarizə aparan klubların burada aktiv olduğu bildirilir. Məsələn, "Araz-Naxçıvan" "Zirə"ni məğlub etdi, "Kəpəz" "Sumqayıt"dan xal aldı, bu gün isə "Qəbələ" "Sabah"a qalib gəldi. Ümumiyyətlə, stimullaşdırma məsələsinə normal yanaşırsız, yoxsa qeyri-peşəkarlıqdır?

- Dünyanın çox yerində stimullaşdırma var. Amma bilmirəm, Azərbaycanda buna icazə verilir? Digər komandalara deyə bilmərəm ki, o biri klubları stimullaşdırmayın. Bu haqda nəsə deməyim doğru olmaz.

- Birinci Liqaya düşən "Qəbələ"nin infrastrukturu haqda nə düşünürsüz?

- Həqiqətən də çox təəccübləndim. Çoxlu meydançalar var, əsas meydançanın səviyyəsi çox yaxşı idi. Bəlkə də Azərbaycanda ən yaxşı futbol infrastrukturuna malik "Qəbələ"dir.

- Maraqlıdır, niyə bu gün kapitanlıq öncə Ayaz Quliyevdə, daha sonra Cessi Sekidikada oldu?

- Bu, mənim seçimimdir. Ayaz və Cessi kapitanlıq sarğısını daşımağa layiqdirlər. Çünki məşqlərdə, oyunlarda 100 faizi meydana ortaya qoyurlar. Demirəm ki, Tellur Mütəllimov layiq deyil. Sadəcə, bu dəfə qərar verdim ki, kapitanlıq sarğısı Cessiyə həvalə olunsun.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb