Xəbər lentiwidget-title-icon

Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub
2-ci Liqada 6 oyunun hakimləri məlum olub
Azərbaycan Qran-prisində sərbəst yürüşlər keçirilib

Regekampf "Qarabağ"la oyun haqda danışdı

"Neftçi" klubu Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda "Qarabağ"a 2:4 hesabı ilə məğlub olub.

Pressing.az
xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Bir neçə gün əvvəl biz xoşbəxt idik. Bu gün neqativlik var, çünki uduzmuşuq. Qapımızda iki asan qol gördük. Bizim səviyyədə olan komandanın belə qollar buraxması düzgün deyil. Müdafiədə kifayət qədər təcrübəli və səviyyəli oyunçularımız var. Oyunçumuz qırmızı vərəqə aldı. Düşünürəm ki, bu haqda danışmamalıyıq. Bundan sonra çalışdıq ki, müdafiə olunub, əks-hücumlardan yararlanaq. Mateus Saldanya qol vurdu və oyunda geridönüş edə bildik. Üçüncü qolu da asanlıqla buraxdıq. "Qarabağ"ın daha təhlükəli epizodlarının qarşısını ala bildik. Eyni zamanda asan qollar buraxdıq. Amma yenə qol vurduq. Bundan sonra artıq yetərli gücümüz qalmadı ki, geridönüş edib üçüncü qolu vuraq. Dördüncü qolu şərh etmək istəmirəm. Çünki fərdi bacarıqları yüksək olan futbolçu gözəl qol vurdu. Bugünkü oyunun taleyi belə idi.

- Bürünc medalçı olacağınız rəsmiləşdi. Gümüş isə əlçatmaz oldu. Bu nəticə sizi nə qədər razı saldı?

- Qarşıdan gələn perioda daha pozitiv yanaşmalı və daha yaxşı oynamalı, səhvlərimizə nəzər yetirməliyik. Kuboku qazanmalıyıq. Hazırda bu vəziyyətdəyik. Əgər bir az daha konsentrasiyalı olsaydıq, ilk qolu qapımızda görməzdik. Çünki bütün müdafiə eyni xətdə idi, Höccət Haqverdi xəttin arxasınca getmirdi, pozurdu onu. Bu səhvləri kənara qoysaq, daha yaxşı ola bilərik. 10 nəfərlə 11 nəfər qarşı oynamaq asan deyil. Üçüncü yer haqda danışmaq istəmirəm. Mövsümü bitirib ümumi təhlil etməliyik. Mənim üçün şəxsən kifayət etmir, daha çoxunu istəyirəm.

- "Qarabağ"a dörd oyunda da qalib gələ bilmədiz. Nə çatmadı?

- Bu, geniş söhbətdir. Növbəti mövsümə qədər hər şeyi çox yaxşı təhlil etməliyik. Bir ay vaxtımız var. Kubokun finalına yaxşı hazırlaşmaq üçün əzmkar şəkildə işləməliyik.

- Dediz ki, asan qollar buraxdınız. Avrokuboklarda iştirak edəcəksiz. Bu hal sizi düşündürür?

- Hazırda sizinlə bu məsələdə həmsöhbət ola bilmirəm. Hələ qarşıda bir ayımız var, əzmkar çalışmalıyıq. Hər birimiz "Qəbələ" ilə final oyununa yaxşı hazırlaşmalıyıq. Bu mərhələ daha vacibdir. Qarşıdan gələn mərhələ haqda danışa bilmərəm.

- 10 nəfərlə daha yaxşı oynadız. Rəqibdə də belə itki olsaydı, sizdə necə alınardı?

- Rəqib azlıqda qalsaydı, uda bilərdik, ya yox onu deyə bilmərəm.

Oxşar xəbərlər

Bütün xəbərlər