Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Saşa İliç hakimlik haqda NƏLƏR DEDİ?

"Sumqayıt" klubu Misli Premyer Liqasının 12-ci turunda doğma meydanda "Qarabağ"a 2:4 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu gün stadion dolu idi və möhtəşəm atmosfer var idi. Məncə, bu gün baxımlı oyun oldu. "Qarabağ"a "Napoli" ilə matçda uğurlar arzu edirəm. İlk 10 dəqiqə oyunumuz çox da yaxşı alınmadı, amma qoldan sonra toparlandıq. İkinci hissəyə yaxşı başlamışdıq. Təbii ki, qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı mübarizə aparmaq elə də asan olmadı.

- Rayan Senhadjinin qovulması, sonradan penaltini qola çevirə bilməməyiniz nəticəyə təsir etdimi?

- Qırmızı vərəqənin düzgün olduğunu düşünmürəm. Lakin, hakim artıq qərarını verib və heç nə dəyişməyəcək. "Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur. Yankoviç oyunda olsa idi, penaltini o yerinə yetirəcəkdi. O, oyunda olmadığı üçün Ramalinqom zərbəni yerinə yetirdi.

- Kapitan Səbuhi Abdullazadə penaltini yerinə yetirmək istəyirdi, amma Ramalinqom buna icazə vermədi. Bu haqda düşüncələriniz?

- Ramalinqomu başa düşürəm. Hücumçudur və qollar vurmaq istəyir. Səhv mənimdir. Gərək bunları əvvəlcədən müəyyənləşdirək.

- "Qarabağ"ı cari mövsümdə məğlub edən yeganə komandasınız. Bu gün də xal ala bilərdiniz...

- "Qarabağ" Azərbaycanın ən güclü klubudur. Müəyyən şanlarımız var idi. Etdiyimiz səhvlər buna imkan vermədi. Xüsusi bir şey yoxdur.

- Hakimlərin idarəçiliyi haqda düşüncələriniz?

- Hakimlikdən danışmağı sevmirəm. Lakin mən olsaydım, ikinci sarı vərəqəni verməzdim. O epizoddan sonra oyun tamam dəyişdi. Azlıqda olsaq da, qol vurduq. Komandamdan razıyam.

- İlk dövrədəki qələbəyə baxmayaraq, "Sumqayıt" bu gün "Qarabağ"a qarşı daha yaxşı oynadı. Bu fikirlərlə razısnızmı?

- Nəticə olaraq ilk dövrədəki matç daha yaxşı oldu. Azarkeşlər üçün isə bu gün daha baxımlı futbol var idi. "Qarabağ"ın bundan sonrakı oyunlarda 2 qol buraxacağına inanmıram. (sportal.az)

Oxşar xəbərlər