Xəbər lentiwidget-title-icon

"Midtyulland"ın mövsümdə ilk kuboku
"Liverpul"dan antirekord
Dünya Seriyası: “Neftçi”dən ilk oyununda məğlubiyyət
MPL: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı
Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşüb
Fatimə Bayramova Avropa üçüncüsü oldu
I Liqada 27-ci çempion - "Şəfa"
"Araz-Naxçıvan"ın qələbəsi - VİDEO
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
"Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov
"Qəbələ" geridönüşlə qalib gəldi - VİDEO
"Araz-Naxçıvan" və "Qəbələ”dən qələbə - YENİLƏNİB
Sxadadzedən qələbə şərhi
"Sabah" – "Neftçi" oyunundan sonra möhtəşəm şou olacaq!
"Çox məyusam, amma nə etmək olar?" - Füzuli Məmmədov
"Şəfa" 21 ildən sonra Premyer Liqada!
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Şəfa" Vüsal İsgəndərlini transfer etməyə yaxındır – ÖZƏL
Azərbaycan Birinciliyi və Olimpiada ilə bağlı müvafiq tapşırıqlar verilib
"Karvan-Yevlax" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Azərbaycanın 5 güləşçisi yarımfinalda
Ançelotti ilə bağlı qərar - RƏSMİ
Çempionluq oyununa hakim təyinatları açıqlanıb
Fransa yığmasının DÇ-2026 üçün heyəti - SİYAHI
Avropa çempionu: “Qələbəni atama həsr edirəm” - AÇIQLAMA

"90 dəqiqədən sonra ən neqativ hal bu günkü hakimlik idi" - Regekampf

"Yaratdığımız qol şanslarına daha ciddi yanaşmalıyıq. Daha sadə oynamalıyıq. Belədə, oyun bizim üçün asanlaşa bilər. Meydança yaxşı durumdaydı. "Qəbələ"də çalışan işçiləri təbrik edirəm. Çünki bu cür hava şəraitində belə stadion yaxşı idi. Ot hündür idi, amma belə şəraitdə olması normaldır. Bunların hamısını qeyd etmək istəyirəm. Komandam cəld, futbol oynamaq istəyirdi. Bu cür şəraitdə, bu cür hakimliklə oynamaq asan deyil. Düşünürəm ki, hər iki komanda futbol göstərməyə çalışdı. Ancaq 90 dəqiqədən sonra ən neqativ hal bu günkü hakimlik idi. Düşünmürəm ki, o, bu gün lazım olan yerdə idi".

Pressing.az xəbər verir ki, bunu "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 22-ci turunun "Qəbələ" (0:0) ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Hakimlikdən ümumilikdə narazısız, yoxsa bugünkündən?

- Hakimlik haqda heç vaxt danışmıram. Oyundan sonra çalışdım ki, dialoqumuz olsun aramızda. Amma bəlkə də, onunla danışacaq səviyyədə deyiləm. O, mənimlə dialoqa girmək istəmədi. Mənə irad bildirdi ki, futbol oynamaq lazımdır. Mən ona cavab olaraq bildirdim ki, sən bizə imkan yaratmalısan. Hər dəqiqə oyunu saxlayırdı. Çoxlu səhvlər etdi. Penalti verdi, heç onu görməmişdi. Düşünürəm ki, hakim penalti qərarı verirsə, ən azından bundan 50 faiz əmin olmalıdır. O epizodda 4-5 dəqiqə bizi saxla. Sonda isə 4 dəqiqə əlavə edildi. Halbuki 4 dəqiqənin çoxunda "Qəbələ"nin oyunçuları yerdə qalmışdı. Bu cür şəraitdə oynamaq asan deyil. Ona görə hakim haqda danışdım. Oyundan sonra onunla danışmaq istədim, amma özü istəmədi.

- Qeyri-stabilliyin səbəbi nədir? Güc yoxdur, yoxsa necə?

- Biz qollar vurmalıyıq. Daha çox qol vurmalıyıq. Kifayət qədər də şanslarımız olur.

- Futbolçular bacarıqsızdır?

- Oyunçuların bacarığından söhbət getmir. Hər yaratdığımız qol şansına 100 faiz yanaşmırıq. Topasahib olma bizdə olur, oyunu idarə edirik, amma sonda qol vurmalıyıq. Bu gün də 2-3 epizod var idi ki, ikinci yarıda yararlana bilmədik. Daha sadə oynasaydıq, asanlıqla qola yaxınlaşardıq. Amma həmişə də oyun dayanır, uzanır epizod, çətinləşdiririk epizodu. Bizim bu oyuna hazırlığımızın taktikası ondan ibarət idi ki, rəqibi öndə sıxaq. Hətta ilk hissəyə baxsaz, irəlidə sıxırdıq, "Qəbələ" uzun ötürmələrlə çıxırdı. Biz onlara topu verdikdən sonra, təhlükəli olurdular. Bu gün bizim günümüz də deyildi.

- Gələndən bəri rumıniyalı oyunçular gətirmirsiz. Niyə?

- Mən oyunçu gətirən deyiləm, gəlmişəm ki, komandanı məşq etdirim. Skautlarımız var və bu yöndə çalışırlar. Onlar mənə hansısa rumıniyalı təklif etsələr, yaxşı oyunçu olsa, niyə də yox?

- Sizin futbolçu seçmək səlahiyyətiniz yoxdur?

- Səhv başa düşdünüz. Mən seçirəm oyunçunu. Amma skautlarla bərabər.

- Bəs niyə rumıniyalı oyunçu seçmirsiz?

- Çünki təklif olunmayıb.

- Sabah "Qarabağ" - "Sabah" görüşü keçiriləcək. Hansı nəticə sizin üçün maraqlıdır?

- Mənim üçün vacib olan öz komandamdır. Bizə vacib amil hər oyunda qalib gəlməkdir. İrəlidə olan komandaların nəticələri mənim üçün o qədər də önəmli deyil.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Midtyulland"ın mövsümdə ilk kuboku
"Liverpul"dan antirekord
Dünya Seriyası: “Neftçi”dən ilk oyununda məğlubiyyət
MPL: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı
Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşüb
Fatimə Bayramova Avropa üçüncüsü oldu
I Liqada 27-ci çempion - "Şəfa"
"Araz-Naxçıvan"ın qələbəsi - VİDEO
Andrey Demçenko: "Məşqlərimizin bəhrəsini gördük"
"Kəpəz"dəki durum keçən ilə baxanda daha yaxşıdır" - Azər Bağırov
"Qəbələ" geridönüşlə qalib gəldi - VİDEO
"Araz-Naxçıvan" və "Qəbələ”dən qələbə - YENİLƏNİB
Sxadadzedən qələbə şərhi
"Sabah" – "Neftçi" oyunundan sonra möhtəşəm şou olacaq!
"Çox məyusam, amma nə etmək olar?" - Füzuli Məmmədov
"Şəfa" 21 ildən sonra Premyer Liqada!
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Şəfa" Vüsal İsgəndərlini transfer etməyə yaxındır – ÖZƏL
Azərbaycan Birinciliyi və Olimpiada ilə bağlı müvafiq tapşırıqlar verilib
"Karvan-Yevlax" - "Qəbələ" matçı üçün HEYƏTLƏR