Xəbər lentiwidget-title-icon

Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"
"Zirə" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Almaniya klubunda ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
"Real"da yeni müqavilə hazırlığı
13 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Naxçıvan"da yeni oyunçular
"Sabahın ulduzları"nda 11-ci tur start götürüb
Bu gün Mançester derbisi var
MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Azərbaycan yığması Niderlanda məğlub oldu, Ukraynaya qalib gəldi
Anatoli Nuriyevin komandasından darmadağın - 9:0
Sumqayıtda hərəyə 1 qol - VİDEO
Kökçünün komandasından heç-heçə
"Kəpəz"in qələbəsi - VİDEO
Sumqayıtda heç-heçə, "Kəpəz"dən qələbə - YENİLƏNİB
Amil Ağacanov: "Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək"
Azər Məmmədovdan qələbə şərhi
"Arsenal"da yeni müqavilə
"Sumqayıt" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
“Qarabağ”ın əvəzedicilərindən qələbə
"Gəncə"də yeni müqavilə

"Sabahkı matçda heç-heçəni də uğurlu saymaq olar" - Qurban Qurbanov

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Molde" ilə oyunundan öncə mətbuat konfransında iştirak edib.

Pressing.az
xəbər verir ki, Ağdam klubunun baş məşqçisi sabah keçiriləcək matçla bağlı danışıb:

"Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı oynayacağıq. "Molde" özünəməxsus oyun sistemi və çox yaxşı sistemi icra edən komandadır. Hər iki komandaya yaxşı nəticə lazımdır. Bəlkə hava şəraiti bizim üçün tam gözlənilməz oldu. Amma meydança amili, həm də hava şəraitini düşünməliyik. Futbolçularım sabahkı oyunda bu günə kimi etdikləri və göstərdikləri xarakterdən daha artığını etməlidir. Ki, buradan yaxşı nəticə ilə qayıdaq. Futbolçulara güvənirəm. Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq".

- "Qarabağ" bu cür hava şəraitində "Kayrat" və "Vorskla"ya qalib gəlib. Bu oyunlar sizin üçün stimul ola bilər? Futbolçulara bu haqda danışmısız?

- Hər iki komanda üçün şərait eynidir. Rəqib bu şəraitdə oynamağa alışıb. Onların üstünlüyü də budur. Amma dediyiniz oyunlarda futbolçularım xarakter göstərmişdilər. Bu oyunlar əlavə stimul ola bilər. Mütləq ki, futbolçulara bunları bildiririk. Amma bəzən mən çox istəyirəm ki, futbolçularım bu günə qədərkindən daha yaxşı və daha möhkəm olsunlar. İlk dəfə deyil. İnanıram ki, bacarmaq üçün hər şeyi edəcəklər.

- Qrupdakı sıralamanı nəzərə alsaq, sabahkı oyunda mümkün heç-heçəni uğurlu nəticə hesab etmək olar?

- Bəli, bərabərliyi də uğurlu nəticə saymaq olar. Niyə də yox? Amma futbol elə oyundur ki, minimalhesablı məğlubiyyət son oyunlarda hər şeyi dəyişə bilər. Bunları oyundan sonra düşünəcəyik. Amma sabahkı oyunda motivasiyamız daha yaxşı nəticə əldə etməkdir. Oyunun gedişatında ümumi nəticəni analiz edəcəyik.

- "Qarabağ"ın "Molde" ilə matçı UEFA-nın diqqət mərkəzindədir. Səsvermədə azarkeşlərin 78 faizi "Qarabağ"ın qalib gələcəyini düşünür. Siz nə fikirləşirsiz?

- İnandıqlarına görə təşəkkür edirəm. Amma biz bunu düşünərək meydana çıxmayacağıq. Biz sadəcə hər şəraiti, oyunun gedişatını nəzərə alacağıq ki, uğurlu nəticə olsun. İnam varsa, bu, bizə verilən böyük dəyərdir. Sabah da çalışacağıq ki, daha yaxşı nəticə əldə edək.

- "Bayer"lə hər iki görüşdə açıq futbol sərgilədiniz. Sabahkı görüşdə turniri cədvəli nəzərə alınacaq, yoxsa birinci nömrə ilə oynayacaqsız?

- Bütün oyunlarda rəqibdən asılı olmayaraq, ilk düşüncəmiz öz oyunumuzdan əl çəkməməkdir. Sadəcə, rəqib buna nə dərəcədə imkan verir? Uğurlu nəticə əldə etmək istəyiriksə, ilk olaraq öz oyunumuzdan maksimum istifadə etməliyik. Sabah da çalışacağıq ki, futbolçulardan bunu tələb edək. Bunu düzgün yerinə yetirmək lazımdır. "Molde" təcrübəli komandadır, öz oyun sistemindən əl çəkmir. Biz qalib gəlmək istəyirik, bu haqda rəqib də düşünür. "Molde"nin də oyunu var və daim onu yerinə yetirməyə çalışır. Sabah meydanda iki keyfiyyətli, bacarıqlı komanda üz-üzə gələcək.

Oxşar xəbərlər


Bütün xəbərlər

Zirə və Şamaxıda "sülh" - YENİLƏNİB
"Turan Tovuz" növbəti dəfə BƏYANAT YAYDI: "Haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik"
Kurban Berdıyev: "VAR-a gedəndə başqa qərar gözləyirdim”
Zaur İsmayılov: "Kobud səhvlərimizdən sonra qollar gördük"
"Zirə" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
Almaniya klubunda ayrılıq - RƏSMİ
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
"Real"da yeni müqavilə hazırlığı
13 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Naxçıvan"da yeni oyunçular
"Sabahın ulduzları"nda 11-ci tur start götürüb
Bu gün Mançester derbisi var
MPL: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Qarabağ" "Zirə"yə qarşı
Azərbaycan yığması Niderlanda məğlub oldu, Ukraynaya qalib gəldi
Anatoli Nuriyevin komandasından darmadağın - 9:0
Sumqayıtda hərəyə 1 qol - VİDEO
Kökçünün komandasından heç-heçə
"Kəpəz"in qələbəsi - VİDEO
Sumqayıtda heç-heçə, "Kəpəz"dən qələbə - YENİLƏNİB
Amil Ağacanov: "Belə stadionlar və azarkeşlərlə Azərbaycan futbolu inkişaf edəcək"