Xəbər lentiwidget-title-icon

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya edilib
"Zirə"nin futbolçusu zədələnib
Daha bir futbolçu karyerasını bitirib
Azərbaycan millisi İraqla qarşılaşıb
Azərbaycan yığmasından Oman üzərində qələbə
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçildi – FOTOLAR
“Araz-Naxçıvan”ın zədəlisi sıraya qayıtdı
Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Daha bir yığmada baş məşqçi ayrılığı
Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşüb
“Neftçi”də hakim qaydalarına dair seminar keçirilib
Azərbaycan millisindən Litva ilə heç-heçə
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar məlumdur
17 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Almaniyaya darmadağın hollandlara "baha oturdu"
"Kəpəz" - "Qarabağ" oyununa BÖYÜK MARAQ
Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur
"Şirvan"dan darmadağın - VİDEO
Bir qolun sirri... – YAZI
Keyndən daha bir rekord
NTD və “Ordu”dan məğlubiyyət - ABL
Azərbaycanın 2 boksçusu AÇ-yə qələbə ilə başlayıb
"Sabah"ın futbolçusunun komandasından heç-heçə
"Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu
Ayxan Abbasov: "Sevindirici hallar çox oldu"

Qurban Qurbanov: "Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq"

"Qarabağ" sabah Avropa Liqası qrup mərhələsinin ilk turunda Bakıda "Molde"ni qəbul edəcək.

Pressing.az
xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Hamımıza məlumdur ki, cəbhə bölgəsində terrora qarşı mübarizə gedir. Şəhidlərimiz var, Allah rəhmət eləsin. Bəlkə də oyun barədə çox danışmağa ehtiyac yoxdur. Orada elə vəziyyət, biz oyundan danışırıq. Hər bir halda, matça hazırlaşmalıyıq. Çox ciddi rəqibə qarşı oynayırıq. Fikrimiz həm oyunda, həm də cəbhə bölgəsində olacaq.

- Yenə sentyabr, yenə belə durum. Sabahkı oyunda qalib gəlmək çətin olmayacaq?

- Bəlkə də uyğun deyildi oyunun Bakıda olması. Nəinki sabah, bütün oyunlarımızda şəhidlərimizi fikirləşmişik. Dəfələrlə demişəm ki, komandanın adı dəyərlidir. Çalışmışıq ki, adımızı qoruyub-saxlayaq. Sabah bəlkə futbolçulara hansısa psixoloji təsir ola bilər. İstər-istəməz belə olacaq. Belə hal olmuşdu, oyuna hazırlaşırdıq, bütün günü məlumatlar alırdıq. Nə qədər bacarırıq, cəbhədən xəbər alırıq. Sabah da belə olacaq. Bir saat əvvəl yaxşılığa doğru məlumat oldu. Amma rəsmi xəbəri gözləyirik. Çalışacağı ki, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün inanıram ki, futbolçular hər şeyi edəcək.

- Rəqibin zəif nöqtlərini tam olaraq analiz edə bilmisiz?

- Zəif nöqtələri demək düzgün olmaz. Ümumən rəqibi analiz etmişik. "Molde" son vaxtlar bəlkə də meydanda ən intizamlı oyun göstərən rəqiblərdən biridir. Öz sistemlərini istəklə və düzgün yerinə yetirən komandadır. Bu rəqib meydanda heç bir boşluq verməyi xoşlamır. Sadəcə olaraq, biz maksimum çalışmalıyıq ki, rəqibi səhvə məcbur edək. Onda yaxşı nəticə əldə edə bilərik. Bunun üçün də böyük güc sərf etmək lazımdır.

- Bəhlul Mustafazadənin durumu necədir?

Sabah oyuna kimi bir məlumat verilməyəcək. Çünki hələ ağrıları var. Dünəndən bu günə fərq var. Həkimlərlə danışmışıq. Amma fakt olarq, bugünkü durumu bizi tam qane etmir. Sabah yenə baxacağıq. Məşqdə tam iştirak etdikdən sonra fikir bildirə bilərik.

- Üç il əvvəki və indiki "Molde" arasında hansı fərqlər var?

- Sistemləri fərqlidir. İndiki "Molde"nin futbolçuları daha inamlıdırlar. İlk oyundan sonra daha ətraflı məlumat verə biləcəm.

- Azarkeşlər düşünür ki, "Qarabağ" "Molde"dən qisas almaldıır. Siz nə fikirləşirsiz?

- Qisas fikrilə yanaşsaq, oyunumuza mane ola bilər. Rəqibin kimliyindən asılı olmayaraq, biz bu şansdan istifadə etmək istəyirik. Məqsədimiz minimum Avropa Liqasının qrupuna düşmək idi. Bacardıq bunu. Qarşıdakı oyunlarda istəyirik ki, inamlı nəticə və oyun göstərək. Sadəcə həmişə bu fikirlərdən narahat olmuşam, futbolçulara təsir edə bilər. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, güvənmişik. Onlar bizdən həmişə uğur tələb edib. Bu da bizə əlavə motivasiya verib. Biz bütün oyunlarda, bütün rəqiblərə qarşı istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. İstəyərdik ki, qalib gələk. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik.

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya edilib
"Zirə"nin futbolçusu zədələnib
Daha bir futbolçu karyerasını bitirib
Azərbaycan millisi İraqla qarşılaşıb
Azərbaycan yığmasından Oman üzərində qələbə
Əməkdar məşqçi Hikmət Hacıyev ikinci dəfə Avropanın ən yaxşı məşqçisi seçildi – FOTOLAR
“Araz-Naxçıvan”ın zədəlisi sıraya qayıtdı
Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Daha bir yığmada baş məşqçi ayrılığı
Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək milli üzvləri ilə görüşüb
“Neftçi”də hakim qaydalarına dair seminar keçirilib
Azərbaycan millisindən Litva ilə heç-heçə
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar məlumdur
17 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Almaniyaya darmadağın hollandlara "baha oturdu"
"Kəpəz" - "Qarabağ" oyununa BÖYÜK MARAQ
Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur
"Şirvan"dan darmadağın - VİDEO
Bir qolun sirri... – YAZI
Keyndən daha bir rekord