Xəbər lentiwidget-title-icon

Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib
Azərbaycanın iki boksçusu qızıl medal qazandı
Sabiq "Barselona"lı MLS-də
Azərbaycan çempionatı və kuboku başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanda təlim-məşq toplanışındadır
Çaloba "Çelsi"dən getdi
Cəlal Hüseynovun komandasından qələbə
Elvin Cəfərquliyevin durumu bəlli olub
Azərbaycan millisi Avropa çempionatını 17-ci yerdə başa vurub
“Orhus” bütün diqqətini “Sabah”a yönəltdi – Çempionat oyunu təxirə salındı
Azərbaycan yığmasından 2 qələbə
Maldininin oğlu "Kalyari"də
Argentina klubundan yeni transfer
Rahil Məmmədov "Turan Tovuz"da
Azərbaycan millisinin üzvü Türkiyə klubunda
Klublararası Azərbaycan çempionatı başa çatdı

"Bizi danlayır, narazılıq, etiraz edirlərsə..." - Qurban Qurbanov

"Qarabağ" sabah UEFA Avropa Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Finlandiya HİK-ini qəbul edəcək.

Pressing.az xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Bilirik ki, bizim üçün çox önəmli oyundur. Hazırlığımız pis getməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi formada oyuna hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda ən yaxşısını edək.

- HİK-in Bakıya səfər planı dəyişdi. Sərin Skandinaviyadan gəlirlər, Bakının 45 dərəcə istisi onlara təsir edər?

- Deyə bilmərəm. Bu formada suallar çox olub. Dəfələrlə demişəm ki, daha sərin havada futbolçunun idman forması daha tez yüksəlir. İstər-istəməz adaptasiya üç gündən sonra başlayır. Onların planlarının dəyişməsinə gəlincə, səbəbini bilmirəm. Bu barədə düşünməmişik. İnanmıram ki, bir günlük isti, ya gecikmə oyun planına təsir etsin. Fikrimiz rəqibi yaxşı analiz edib, hazırlaşmaqdır.

- Son vaxtlar məğlubiyyətlər komandada psixoloji gərginlik yaradıb. Sabahkı oyun psixoloji gərginliyi düzəltmək üçün yaxşı şansdır. Bu, əlavə gərginlik yaradır?

- Desəm ki, olmayacaq yalan olar. Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir bu yolla gəlirik.Mənim narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu itirib, gücü yoxdur, potensialını itirib, narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığımız yoxdur. Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamiak istədiyimiz kimi olmasın. Amma sabah 90 dəqiqə oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik.

- Sabah yenə Tofiq Bəhəramov adına Respublika stadionunda oynayacaqsınız. Bunun təsiri olacaq?

- Ola bilər. Amma əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə ki, Tofiq Bəhramova daha tanışıq. Orada da çoxdandır ki, oynamırıq. Stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimizi etmişik. İnanıram ki, faydası olar.

- İki il əvvəl HİK "Neftçi" ilə oynamışdı. Heyətlərində dəyişiklik baş verib. Sizcə, onların oyununda dəyişiklik var?

- Keçmişə çox da baxmadıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olub. Bugünkü komandanın durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi artır. Düşüncəmiz sırf bugünkü HİK-lə bağlıdır. Bu komandanın təhlükəli oyunçuları, hücumları var. Onlara diqqət ayırmışıq.

- Hansısa futbolçunun zədəsi var? Əsas heyətlə bağlı dəyişiklik olacaq?

- Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Zədəliləri bilirsiz. Son çempionat matçında oynayan futbolçularda mikro zədələr var. Sabah mane olacağını düşünmürəm. Sabah daha yaxşı səviyyədə olacaqlar. Ciddi dəyişiklik gözlənilmir. Amma sabaha kimi vaxtımız var.

- HİK-dən gözlədiyiniz ən böyük təhlükə nədir? Hansı tədbirləri görəcəksiz?

- Burada desəm, düzgün çıxmaz. Amma rəqibin çox yaxşı kollektiv müdafiə xətti var. "Rakuv"un oyun stilinə yaxın oynayırlar. Sürətli oyunçuları var. Bunda diqqətli olmalıyıq. İldən-ilə təcrübə ytoplayırlar, istənilən rəqibə qarşı rahat öz oyunlarını diqtə edə bilirlər.

- “Rakuv”la oyun və “Zirə” məğlubiyyətindən sonra sanki üzərinizdə təzyiqlər daha çox oldu, tənqidlərə məruz qaldınız. Geridə qalan bir həftəni necə keçirdiz?

- Mən Bakını, vətənimi çox sevirəm. Biz hamımız bu vətənin övladlarıyıq. Bizi danlayır, narazılıq edir, etiraz edirlərsə, bunu övlad kimi düzgün qəbul edirik. Biz də vətən üçün çalışırıq ki, məsuliyyətli olaq. Bacardığımızdan da artığını etməliyik ki, vətənimizə. xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqda çox da fikir bildirmək istəmirəm. Normal hallardır. Mən azərbyacanlılarımı və vətənimi çox sevirəm.

Oxşar xəbərlər


Bütün xəbərlər

Namik Ələskərov "Kəpəz"də - RƏSMİ
Valdas Dambrauskas: "Hər kəs sabah əlindən gələni edəcək"
"Sabah"dan ayrılan oyunçu "Araz-Naxçıvan"da
AFFA rəsmisi Gürcüstanda səfərdə olub
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular məlumdur
Azərbaycan klubunda çexiyalı voleybolçu
“Karvan-Yevlax”dan daha bir transfer - RƏSMİ
"Neftçi"dən "Araz-Naxçıvan"a - RƏSMİ
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
"Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirilib
Azərbaycanın iki boksçusu qızıl medal qazandı
Sabiq "Barselona"lı MLS-də
Azərbaycan çempionatı və kuboku başa çatıb
Azərbaycan cüdoçuları Qazaxıstanda təlim-məşq toplanışındadır
Çaloba "Çelsi"dən getdi
Cəlal Hüseynovun komandasından qələbə
Elvin Cəfərquliyevin durumu bəlli olub
Azərbaycan millisi Avropa çempionatını 17-ci yerdə başa vurub
“Orhus” bütün diqqətini “Sabah”a yönəltdi – Çempionat oyunu təxirə salındı
Azərbaycan yığmasından 2 qələbə