Xəbər lentiwidget-title-icon

Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Nikolya Pepedən tarixi qol
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti seçildi
"Səbail"də yeni oyunçu
"Neftçi"dən Yuri Vernidubla bağlı qərar
Arda Güler hamını qabaqladı
Minayə Əkbərovadan Qazaxıstanda qızıl medal
Türkiyənin ABŞ üzərində əzmkar qələbəsi - VİDEO
26 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Niderland Tunisi belə məğlub etdi - VİDEO
İngiltərə nəhəngi onu satır
Vinisius Ronaldonun rekordunu təkrarlayıb
Fransalı futbolçu Ukrayna klubunda
Bakıda "Football Conference Baku" konfransı 2-ci dəfə keçirilib
Türkiyədən mundiala qələbə ilə vida
İdman jurnalisti Şəkidə Beynəlxalq Şahmat Festivalının qalibi olub
"CBC Sport"dan ilk: DÇ oyununu xanımlar şərh edəcək
Renaldo "Qarabağ"da - RƏSMİ
Bakıda voleybol məşqçiləri üçün seminar
"Arsenal"dan yeni transfer
AFFA 2 komandanın şikayətini təmin edib
Abdurahmanov yenidən "Səbail"də
Azərbaycan birinciliyi keçiriləcək
Bu ölkə FİFA-dan QOVULDU
Rövşən Nəcəf: "Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”

Qurban Qurbanov: "Azarkeşləri küsdürmək olmaz"

"Qarabağ" klubu Azərbaycan Kubokunun 1:4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sullarını cavablandırıb:

- Matçı sönük görmək olardı. Amma əsl kubok oyunu idi. Hər iki komanda qalib gəlmək istəyirdi. Qarşımızda çox yaxşı "Qəbələ" var idi. Bəlkə də, qələbəyə layiq idilər. Oyun ritmindən uzaq olan futbolçular çox idi meydanda. Hər halda, istəkli idilər. Çox şey alınmırdı. Amma get-gedə bacardıq. Qələbə topunu da vurduq. Müdafiə xəttində bir az diqqətsizliyə görə bərabərlik oldu. Cavab oyunu var. O bundan da maraqlı olacaq. Əsl kubok ab-havası olacaq. Hər iki komandanın itirəcəyi bir şey yoxdur. Bəlkə də, oradakı qarşılaşma daha maraqlı olsun. "Qəbələ"yə uğurlar arzulayıram.

- "Qəbələ" ilə ardıcıl oyunların olması sıxıcı deyil?

- Məcburuq oynamağa. Üç oyun bir komandaya qarşı oynamaq futbolçular üçün xoş deyil. Əfsuslar olsun ki, vaxtımız yoxdur. İllərlə belə hallar olub. Gərək belə matçlarda daha da peşəkar olasan. Diqqətli olmaq lazımdır. Üç oyun dalbadal oynasan da, hər oyunda əvvəlkindən daha istəkli olmalısan.

- Azarkeşlərin yoxluğunu hiss etdiz?

- Olmayanda həmişə hiss edilir. Sanki stadion boş idi. Azarkeşsiz futbol, futbola bənzəmir. İlk dəqiqələrdən hiss olunurdu.

- Son oyunda azarkeşlərin başına gələn hadisə ilə bağlı məsələyə münasibətiniz necədir?

- "Neftçi" ilə oyunda belə hallar ilk dəfə deyil. Dəfələrlə görmüşük. Avropa futbolunda da var. Belə etirazlar, qarşıdurmalar daim olub. Polislə, azarkeşlər arasında belə hallar olur. Yazılı olmasa da, şifahi olaraq azarkeşlərimizlə maraqlanmışıq. Bəlkə, bizdən asılı olmayan hallar var. Təbii ki, hər bir halda azarkeşləri küsdürmək olmaz. Onlarsız futbol maraqlı olmur. Azarkeşlərlə münasibətimiz həmişə yaxşı olub. Mənə aid olmayan hissədir. Həmişə klub olaraq onların yanındayıq. Problem olubsa, çatışmazlıq olubsa, aradan qaldırırlar. Azarkeşə futbolu sevdirmək lazımdır. Nəticələr və futbolumuzla. Bəzən də, rəhbərlik hansısa addım atmalıdır. Azarkeşlər burada olmasa da, yanımızda hiss edirdik. Tez bir zamanda aradan qaldırılası məsələdir. Yaxın vaxtlarda stadionda olarlar.

- Kadi Borgesin Polşa millisində oynamaq ehtimalı var. Bu proses baş verərsə, Kadinin inkişafına təsir edə bilər?

- Bu suala tam ətraflı cavab verə bilməyəcəm. Çünki kluba heç bir rəsmi məlumat verilməyib, təklif olunmayıb. Sadəcə adi söz kimi baxıram buna. Rəsmi təklif gələndən sonra bu barədə ətraflı danışarıq. Qərar vermək lazım olsa, bunu edərik.

- Abbas Hüseynovun hazırlıq durumunu necə dəyərləndirərdiniz?

-Sabahdan komanda ilə tam məşqlərə başlayacaq. Qarşıdakı oyunlarda sağlam olması gözlənilir.

Oxşar xəbərlər