Xəbər lentiwidget-title-icon

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə

"Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz" - Qurban Qurbanov

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 6-cı turunda "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Futbolçularımı təbrik edirəm. Kaxaber Sxadadzeyə ancaq təşəkkür düşür. İntizamlı oyun, bərk müdafiə, təhlükəli əks-hücumlar... 90 dəqiqə 10 nəfərlə oynamalarına baxmayaraq komanda əzmkarlıq göstərdi. Belə komanda, belə iş görəndə qarşıdakı oyunlarda daha da ciddi oluruq. Kaxaber Sxadadzeyə və komandasına uğurlar arzulayıram. Özümüzə gəldikdə, vacib qələbə idi. Bəlkə də oyun düşündüyümüzdən fərqli alındı. Qarşımızda yaxşı müdafiə olunan komanda var idi. Qolu düşünülmüş hücumdan sonra vurduq. Bəzi elementlər var idi ki, onları meydanda gördüm. Hər bir halda bu, az idi. Daha çox etmək lazım idi. Bəlkə də rəqib ilk dəqiqələrdən azlıqda qaldı deyə arxayınlıq oldu. Azarkeşlərimizə təşəkkür edirəm.

- Düşündünüz ki, hakim rəqibə qırmızı vərəqə verməsə, daha yaxşı olardı?

- Belə bir fikir ağlıma gəldi. 11-11-ə oynasaydıq, bilmək olmazdı nəticə necə olacaq. Rəqibi də düşünmək lazımdır. Bir həftə bizlə oyuna hazırlaşırlar. Birdən-birə düşünülməmiş qırmızı vərəqə məşqçinin də oyun planını pozur. Bəlkə, bizim də planımızı pozdu. Epizoda baxanda dedim ki, yəqin verəcək. Belə hallar hər iki komandaya gələcəkdə fayda verir.

- Sanki sizin futbolçularınız "Kopenhagen"lə matçdan öncə zədələnməmək üçün bir az ehtiyatlı oynayırdı. Siz necə düşünürsünüz?

- Nə məndə, nə futbolçularda belə fikir yox idi. Biz hər oyunda meydana maksimum nəticə üçün çıxırıq. Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz.

- "Kopenhagen"lə oyun ərəfəsində komandanın hazırlıq durumunu necə gördünüz?

- Bizim üçün çempionatda hər oyun vacibdir. "Kopenhagen"lə matçı düşünmürdük. Sadəcə ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır. Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq. "Qəbələ" 5 müdafiəçi ilə oynayır, "Kopenhagen" isə 4 müdafiəçi ilə. Bəzən onlar da "beşli" müdafiə sistemində oynayır. Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər. Futbolçuların idman formasında bir az balans yox idi. "Araz-Naxçıvan"la matçda rotasiyalar etmişdik. "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır.

- "Qəbələ"nin gənc futbolçusu Şahin Şahniyarov haqda fikirləriniz necədir? Onu nəzarətdə saxlayırsınız? Gələcəkdə Şahini "Qarabağ"a cəlb etmək barədə düşünürsünüz?

- Belə futbolçuların əsas heyətdə oynamasına sevinirəm. Çox məsuliyyətli mövqedə oynayır. Kaxaber Sxadadze kimi məşqçisi güvənirsə, bu, onun potensialından xəbər verir. Belə oyunçuların hər biri bizim diqqətimizdədir, onları daim izləyirik. Sol və sağ cinah müdafiəçiləri də bərk idilər. Çox bəyəndim. Qarşılarında Leandro Andrade, Zubir, Kaşuk, Addai kimi oyunçular var idi. Onlara asanlıqla məğlub olmadılar.

- Nəriman Axundzadənin "Kopenhagen"lə matçda heç olmasa 15 dəqiqə oynamaq ehtimalı var?

- Bəli, var.

- Yeni gələn Ramil Şeydayev "Qarabağ"dan gedən Ramil Şeydayevin neçə faizidir?

- Faiz nisbətini demək düzgün olmaz. Amma hələ hazır deyil. Əvvəlki performansı ilə indiki performansı arasında fərq var. Təcrübəli oyunçudur. Fiziki hazırlığı onun ən üstün cəhətlərindən biridir. Xeyli müddətdir oyunlarda iştirak etmir. Ramilə oyun təcrübəsi lazım olacaq. Qarşıdakı matçlarda bizə faydası dəyəcək. Çünki rotasiyalar edəcəyik. Oynadıqca keçmiş formasına qayıda biləcək.

- Bir az əvvəl transfer olsaydı, Çempionlar Liqasının iştirak ərizəsində adı ola bilərdi?

- Bəli, ola bilərdi. (sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib