Xəbər lentiwidget-title-icon

Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular bəllidir
İtaliya klubunda yeni baş məşqçi - RƏSMİ
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu

"Bu oyun bizi arxayınlaşdırmamalıdır"

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Komandaların çox maraqlı, düşünülmüş hücumları oldu. Bu, hələ ilk oyundur. Biz bu komandaya necə ki ilk matçdan əvvəl ciddi yanaşmışdıq, cavab görüşü öncəsi də eyni cür yanaşmalıyıq".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində səfərdə Sloveniya “Olimpiya”sına 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

"Olimpiya"nın potensialı çox böyükdür. İstənilən an təhlükəli vəziyyətlər yaradıb, qol vurmaq qabiliyyətləri var. Bu oyun bizi arxayınlaşdırmamalıdır. Bakıdakı matçda biz çox ciddi olacağıq. Hələ qarşıdakı 90 dəqiqədə xeyli güc sərf etməliyik" - deyə o bildirib.

Mütəxəssis rəqibi hansı komponentdə üstələdikləri ilə bağlı sualı belə cavablandırıb: "Rəqibi hansı komponentdə üstülədiyimizi burada demək bəlkə düzgün olmaz. Sadəcə oyunun əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma get-gedə futbolçularım daha çox rəqibin zonasında oyunları qura bildi və pressinqimiz pis alınmadı. Bu komandanı qapımıza yaxın buraxdıqda təhlükə yarada bilirdilər. Ona görə maksimum bunun qarşısını almağa çalışdıq. Bəlkə də ən vacib komponentimiz bu oldu".
O, künc nöqtəsindən ötürmə zamanı Kevin Medinanın başla vurduğu qola da münasibət bildirib: "Standart vəziyyətlər, oyun quruculuğu, ümumiyyətlə, bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün daha uğurlu olduq. Deməzdim ki, oyunumuzu sırf bunun üzərində qurmuşduq. Lakin daha çox buna üstünlük vermişdik. Oyunun əvvəlində Zubir, Benzia oyunu başlayırdılar. Sadəcə uğurlu ötürmə və uğurlu qol oldu".

Oxşar xəbərlər