Xəbər lentiwidget-title-icon

Millətlər Liqası: İngiltərə İspaniyaya, Çexiya Xorvatiyaya uduzdu
"Azərbaycan millisi daha güclü və texnikalıdır" - Yankauskas
Azərbaycanın idmançılar "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
"Liverpul"da yeni təyinat - RƏSMİ
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
Ayxan Abbasov: "Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq"
“Qarabağ”ın qapıçısı oynadı, Polşa heç-heçə etdi
26 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Gürcüstan millisində baş məşqçi ayrılığı
Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
"Zirə" Çempionlar Liqası ilə vidalaşıb
Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki

"Cavab oyununda daha ciddi olmalıyıq" - Qurban Qurbanov

"Qarabağ" klubu UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Braqa"nı 4:2 hesabı ilə məğlub edib.

Pressing.az
xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hesab 4:2 oldu. Amma bu, hələ ilk hissədir. Bu cür komandalar bu cür turnirlərdə istənilən nəticəni öz xeyirlərinə dəyişə bilərlər. Biz arxayınlaşmalı yox, əksinə cavab oyununda daha ciddi olmalıyıq. Futbolçularımı təbrik edirəm.

- Həm "Sabah"la oyunda həm də bu gün komandanın müdafiəsi etibarlılığı ilə seçilmirdi. Yaxın günlərdə bu mövqeyə təcili transfer gözlənilir?

- Yox. Transfer pəncərəsi bağlanıb. Bəli, istəməzdim ki, son oyunlarda bu qədər qol buraxaq. Bunun üzərində çalışırıq. Bu gün iki qolu da standart vəziyyətdən buraxdıq. Biri küncdən zərbədən, biri penaltidən. Hər oyunda qapımızda qol görürüksə, daha ciddi yanaşmalıyıq. Təkcə müdafiə xəttində oynayan futbolçular yox, kollektiv şəkildə müdafiədə daha ciddi olmalıyıq.

- 4:2 hesablı qələbəni sensasiya hesab etmək olar?

- Proqnozlara fikir vermirəm. Real baxsaq, bəlkə favorit hesab edənlərin fikri düzdür. Bu gün həm reytinqə, həm də komandanın çıxış etdiyi çempionata görə, bu fikirlər normaldır. Amma mən bildirmişdim ki, bizim də xeyli təcrübəmiz var. Həm Bakıda, həm səfərdə vacib görüşlərimiz olub. Futbolçularımızın təcrübəsi artıb. İnanırdıq. Bəlkə də 4 qol vurarıq deyə düşünmürdük. Ammma futbolçularımızdan tələbimiz odur ki, hər hücumda daha keyfiyyətli olsunlar. Allaha şükürlər olsun, oyun pis alınmadı

- Sanki dünya futboluna mesaj verdiniz ki, "pul hər şeyi həll etmir"...

- Ağır sualdı. Belə hallar zaman-zaman baş verir. Əlbəttə, onların imkanları bizdən üstündü. Daha çox pulla daha davamlı işlər qurmaq olar. Unutmayaq ki, cavab görüşü var. Daha keyfiyyətli klub olmaq üçün daha böyük büdcəyə ehtiyac var. Bu gün üçün yox, gələcək üçün.

- Nəriman Axundzadənin son saniyələrdə qaçırdığı qol epizodu ilə bağlı nə deyə bilərsiniz?

- Son oyunlarda bu qədər qol buraxılmasını istəməzdim. Bunun üzərində çalışırıq. Bu gün standart vəziyyətlərdən iki top buraxdıq, biri penaltidən, digəri künc zərbəsindən sonra. Müdafiədə oynamağa daha ciddi yanaşmalıyıq. Nəriman Axundzadə ilə qaçırılan qol epizodu barədə danışmadım. Onu görmədim. Hətta oyunda da göz yaşlarını saxlaya bilmirdi. Bu, normaldır. Belə yanaşırsa, məsuliyyətdəndir və buna sevinirəm. Bəlkə də qolu vursaydı, daha gec böyüyəcəkdi, məncə vurmadığı üçün öz üzərində daha çox çalışacaq. O, perspektivli futbolçularımızdandır. Bizim tutduğumuz yol var. Rəqiblərə, hər komandaya real baxır, hörmətlə və ciddi yanaşırıq. Bu, o demək deyil ki, biz bacarıqsızıq. Bizim təcrübəmiz, inamımız var, futbolçular çox işgüzardırlar. Belə nəticələr bəzən alınır, bəzən alınmır. Meydana inamla çıxırıq.

Oxşar xəbərlər


Bütün xəbərlər

Millətlər Liqası: İngiltərə İspaniyaya, Çexiya Xorvatiyaya uduzdu
"Azərbaycan millisi daha güclü və texnikalıdır" - Yankauskas
Azərbaycanın idmançılar "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
"Liverpul"da yeni təyinat - RƏSMİ
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
Ayxan Abbasov: "Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq"
“Qarabağ”ın qapıçısı oynadı, Polşa heç-heçə etdi
26 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Gürcüstan millisində baş məşqçi ayrılığı
Formula 1-də həlledici yarış günü
Azərbaycan yığmasından tarixi nailiyyət
Millətlər Liqasında daha 10 oyun
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin açılış mərasimi yenidn Füzulidə
Bakıda keçiriləcək dünya çempionatına hazırlıq davam edir
Azərbaycan millisi Çexiyaya qalib gəlib
"Sabah"ın hücumçusu millidə qol vurdu
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
"Zirə" Çempionlar Liqası ilə vidalaşıb
Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov