Xəbər lentiwidget-title-icon

“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanlı güləşçiyə 4 illik cəza verildi
Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycanın U-21 millisi Portuqaliya ilə qarşılaşır
“Ordu” qalib gəldi, “Neftçi” uduzdu - Yüksək Liqa
Tanınmış futbolçu sıraya qayıtdı
"Bayern" cəbhəsində Musiala sevinci
Türkiyə yığması pley-offun finalında
Emin Mahmudov: "Nəticə bizim üçün vacibdir"

"Rəşad Sadıqovdan hər oyunda sürpriz gözləyirik" - Qurban Qurbanov

"Qarabağ" klubu Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun keyfiyyətli olmasa da, gərgin mübarizə getdi. Futbolçular çox güc itirdilər. Biz də kubokda oynamışdıq, "Zirə" də. Rəqibimizin kubok matçı 120 dəqiqə olmuşdu. Bəlkə dinamika yox idi. Amma meydanda mübarizə getdi. Hər iki komanda 1 xala layiq idi. İki komanda da çox əziyyət çəkdi. Oyundan-oyuna qarşımızda daha çətin, daha formalaşmış, daha geniş düşüncəli "Zirə" görürük. Rəşad Sadıqovdan hər oyunda sürpriz gözləyirik. Oyunun gedişində hər dəfə bunu hiss edirik. Yaxşı rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram.

- Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir?

- O, üç mövqedə oynamağı bacaran futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm "10 nömrə" kimi, həm də vinger kimi oynamağı bacarır. Universal futbolçudur. Rotasiyalara görə də belə alındı. Oyunun gedişatına görə bu cür addım atdıq. "Zirə" birə-bir mübarizələrdə çox yaxşı oynayır. Müdafiə davranışında cəsarətli və aktivdirlər. Montieldən çox razı qaldım. Hər dəfə məndə onun haqda pozitiv fikirlər formalaşır.

- "Ayaks"la matça start heyətində çıxa bilər?

- Tam hazır deyil. Bəlkə bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır ki, bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında hansısa dəyişiklik ola bilər. Bundan əvvəlki matçda 90 dəqiqə oynamışdı, ondan 3 gün sonra özünə gəldi. Özü deyirdi ki, çox yorulmuşdum. Qarşıdakı günlərdə baxacağıq görək bərpası necə olur. Ona uyğun addım atacağıq. Oyundan-oyuna daha hazırlıqlı olur.

- Həm rəqib, həm də baş hakim icazə vermədi ki, fasilələlər çox olsun. Bu, "Ayaks"la oyunöncəsi yaxşı təsir göstərə bilər?

- Biz hakimlərə deməmişdik ki, fasilə verməyin. Hər oyun bu cür davamiyyətli olmalıdır. İstənilən futbolçu o rejimə, o tempə uyğunlaşmalıdır. Oyun nə qədər çox dayansa, azarkeşlər üçün də maraqsız olur.

- Abdullah Zubir əsəblərini cilovlaya bilmədi. Onun hərəkətinə reaksiyanız necədir?

- Məni həmişə sakit görürsüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir rəqibin üzünə əl atmadı, sadəcə itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini cilavlasınlar. O da futbolçudur, emosiyalarını biruzə verə bilər.

- "Ayaks"la görüş həlledicidir. Komanda oyuna nə qədər hazırdır? Rəqibi təhlil etmisiz?

- Onların oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq.

- Ramil Şeydayev "Qarabağ"dakı ilk dövründə normal səviyyəyə gəlmişdi. Bəs bu dəfə necə, əvvəlki formasına qayıdacağına inanırsız?

- İstəklidir, amma bəlkə daha çox şans versək, idman formasını tez bərpa edər. İstənilən futbolçu üçün oyun sayı, oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə də, istəkli olsa da, oyun tam fərqlidir. Razı qaldığım odur ki, istəkli və intizamlıdır. Komanda var ki, uğur üçün ikinci heyət daha faydalı olur. Bu cür matçlarda sənə nəticə olaraq kömək edirlər, əsas heyət oyunçuları üçün rəqabət yaradırlar. Şərt deyil ki, bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. 20 futbolçunun məşqdə aktiv olmasının komandanın idman formasını saxlamasına böyük faydası var.(sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanlı güləşçiyə 4 illik cəza verildi
Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycanın U-21 millisi Portuqaliya ilə qarşılaşır