Xəbər lentiwidget-title-icon

Yuri Vernidub: "Bu xal da bizi qane edir ki..."
"Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır" - Valdas Dambrauskas
"Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Kəpəz"in "Araz-Naxçıvan" üzərində qələbəsi - VİDEO
"Neftçi" - "Sabah" matçı üçün HEYƏTLƏR
Samir Xeyirbəyov: “Rayon uşaqlarının Bakı klublarında azarkeş dəstəyi azdır” – AÇIQLAMA
Azərbaycan millisi Maltaya yollanacaq
Azərbaycan Kubokunda 1-ci mərhələyə yekun vurulub
ABŞ-li oyunçu Azərbaycan klubunda - RƏSMİ
"Araz-Naxçıvan" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
1-ci Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb
Zelim Kotsoyevdən Bakıdakı dünya çempionatına erkən vida
AMADA “Kəpəz”də maarifləndirici seminar təşkil edib
9 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Kotsoyev də DÇ-yə qələbə ilə başladı
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Neftçi” “Sabah”a qarşı
"Səbail" - "Karvan-Yevlax" oyununda 2 qol - VİDEO
"Neftçi" "Sabah"la oyuna hazırdır
Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
Azərbaycan taekvondoçusu Fransada ikinci oldu
İspaniya nəhəngində yeni müqavilə - RƏSMİ
AFFA FİFA ilə bağlı UEFA çağırışına qoşulmayan yeganə üzv olub
1-ci Liqa: “Səbail”lə “Karvan-Yevlax”dan heç-heçə
AFFA nümayəndəsinə UEFA-dan yeni təyinat
"İmişli" məşqçisi ilə vidalaşdı

"Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır" - Valdas Dambrauskas

"Sabah" klubu Misli Premyer Liqasının VII turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, qonaqların baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandanız bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- Çox yaxşı sualdır. Bu mərhələdə bunlardan danışmaq tezdir. Bəzən itiridiyin xalları geir qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda 27 oyunumuz var. İki güclü komanda bir-biri ilə qarşılaşdı. Oyun bir az çirkin oldu, gözəl oyun görmək istəyərdik. Bəzən bir rəqib üstünlük əldə edirdi, bəzən digəri. Mənim üçün gözlənilən hadisədir. Fasilədən sonra oyunçular bəzən oyun ritmini itirirdilər. Bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşq keçirmişdi. Çalışmalıyıq ki, oyun ritmimizi geri qaytaraq "Slaviya" ilə çətin oyuna hazırlaşaq.

- "Slaviya" ilə matçdan öncə nəyə görə bu oyunun təxirə salınmasını istəmədiniz?

- Əlbəttə ki, bu, ola bilməz. Bu oyunu təxirə salsaq, gərək "Borussiya", "Barselona" ilə matçdan əvvəl də oyunumuzu təxirə salaq. Bu, mümkün deyil, lazım deyil. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan qabaq böyük hazırlıq olur. Çalışmalıyıq ki, daha da artıraq.

- Belə ağır oyundan sonra ÇL matçına hazırlaşmaq çətin olmayacaq?

- Mən bəzən bu cür sualları anlamıram. Çətin olsa da, olmasa da, bu, mənim vəzifəmdir, onu yerinə yetirməli, futbolçuları bu oyunlara hazırlamalıyam. Həyatda hər kəs çətinliklə qarşılaşır. Siz də mətbuat konfransına gəlirsiz, öz yazınızı yazırsız. Amma hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır.

- Premyer Liqada 12 komanda arasında milli fasilədə yoxlama görüşü keçirməyən komanda "Sabah" oldu. Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels start heyətində deyildi. Bunun səbəbi nə idi?

- Mən hər zaman istəyirəm ki, fasilə zamanı bizimlə qalan oyunçulara daha çox şans verim. Çünki milliyə gedənlər yorğun ola bilərlər. Özüm nəzarət etdiyim şeylərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timateuş Puxaç xaric start heyətində olan hər kəs fasilədə bizimlə məşq etmişdi. Xaybullayev isə 3 məşqdə iştirak etmişdi. Onlara bu gün fürsət verdik.

- Ötən mövsüm də "Neftçi" ilə buradakı matç 0:0 hesabı ilə başa çatmışdı, avrokuboklarla daha erkən vidalaşmışdınız. Bu mövsüm isə avrokuboklarda da oynayırsız. İşiniz daha da ağırlaşıb?

- Əlbəttə ki, bu, bizim üçün böyük xəyal idi. Çətin və ya asan olduğunu desəm, nəyisə dəyişməyəcək. Keçən mövsüm avrokubokları erkən bitirmişdik. Ötən mövsüm çempionatın ilk turlarında 5 xal itirmişdik. Bu mövsüm isə 6 turdan sonra cəmi 2 xal itirmişik. Şikayət edə bilmərik.

- 1 xal qazandığınıza görə, demək olar ki, oyunun qəhrəmanı Stas Pokatilovdur?

- Oyunların qəhrəmanları barədə siz özünüz qərar verirsiz. (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər