Xəbər lentiwidget-title-icon

"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - VİDEO
"Qarabağ"ın "İmişli" üzərində qələbəsi - VİDEO
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"
"Qalibiyyətə layiq idik" - Kurban Berdıyev
"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Səbirli oynamaq lazım idi" - Qurban Qurbanov
"Şəfa" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan boksçusu Avropa çempionu oldu!
“Kür” ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
11 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Barselona" "Xetafe"yə şans vermədi - VİDEO
“Sabah” – “Slaviya” matçını bu hakim idarə edəcək
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzub
MPL: "Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı
Azərbaycan cüdoçularından dünya çempionatında rekord göstərici!
“Qəbələ” və “Araz-Naxçıvan”ın əvəzedicilərindən qələbə
"Sumqayıt" "Qəbələ"ni darmadağın etdi - VİDEO
Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi keçirildi
Zirədə vurulan 2 qol - VİDEO
"Sumqayıt"dan qələbə, Zirədə "sülh" - YENİLƏNİB
"Meydanda vuruşaraq xal qazandıq" - Azər Bağırov
Rəşad Sadıqov: "Əlverişli qol epizodlarından yararlana bilmədik"
"Zirə" - "Şamaxı" matçı üçün HEYƏTLƏR

FIFA Azərbaycana gəlir, AFFA-nın ingilisdilli saytı isə susur

AFFA-da maraqlı bir mənzərə yaranıb.

Qurumun rəsmi saytının ingilis dili bölməsi var, amma təxminən bir aydan çoxdur ki, səssizliyə qərq olub.

Adamın ağlına istər-istəməz sadə bir sual gəlir: niyə?

Söhbət adi bir vaxtdan getmir. Azərbaycan bu ilin oktyabrında FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi edəcək. Dünyanın ali futbol qurumunun məlumatına görə, dünyanın 191 üzv assosiasiyası bu yarışda təmsil olunacaq. Üstəlik, Azərbaycan 2027-ci ildə Özbəkistanla birlikdə FIFA U-20 dünya çempionatına ev sahibliyi edəcək. Bu məsələ ilə bağlı artıq Təşkilat Komitəsinin iclasları keçirilir, hazırlıq prosesi davam edir.

Yəni qarşıdakı dövrdə Azərbaycana dünyanın müxtəlif ölkələrindən futbolçular, məşqçilər, federasiya nümayəndələri, jurnalistlər, azarkeşlər və futbol təşkilatlarının əməkdaşları gələcək. Belə bir vəziyyətdə AFFA-nın internet saytının ingilis dili bölməsi Azərbaycan futbolunun əsas beynəlxalq vizit kartlarından biri olmalıdır. Amma ingilis dili bölməsi işləmir. İndi təsəvvür edək ki, FIFA-da çalışan hansısa əməkdaş Azərbaycanda keçiriləcək turnirlə bağlı AFFA-nın rəsmi məlumatlarına baxmaq istəyir.

Və ya xarici jurnalist Azərbaycan futbolu, U-15 dünya çempionatı, U-20 Dünya Çempionatı, milli komandalar, yerli klublar, AFFA-nın fəaliyyəti və təşkilati məsələləri barədə ilkin məlumat toplamaq üçün federasiyanın rəsmi saytına daxil olur. Burada məsələ dil məsələsi deyil. Məsələ elə əlaqənin özüdür.

Çünki AFFA özü də FIFA ilə əməkdaşlığı və Azərbaycanın bu turnirlərə ev sahibliyini beynəlxalq futbol baxımından böyük hadisə kimi təqdim edir. AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatının Azərbaycana verilməsini AFFA ilə FIFA arasındakı əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

Onda çox sadə bir sual yaranır:

FIFA ilə əməkdaşlıq bu qədər uğurludursa, qurum və dünya futbol ictimaiyyəti üçün əsas kommunikasiya vasitələrindən biri niyə normal vəziyyətdə deyil?

Hələ ən maraqlısı qarşıdadır. FIFA-nın öz saytı Azərbaycanda keçiriləcək turnir haqqında ingilis dilində ardıcıl məlumat yayımlayır. Son günlər FIFA U-15 turniri ilə bağlı ayrıca material da dərc edib və yarışın Azərbaycanda keçiriləcəyini dünyanın futbol ictimaiyyətinə çatdırıb. Yəni FIFA Azərbaycanda keçiriləcək turniri dünyaya təqdim edir.

Bəs AFFA?

Öz saytının ingilis dili bölməsini işlək saxlamaq niyə belə problemə çevrilib? Bu, artıq texniki məsələ kimi görünmür. Əgər texniki məsələdirsə, niyə 1 aydır çözülmür? Çünki sayt sadəcə xəbər yerləşdirilən yer deyil. Sayt federasiyanın vizit kartıdır. Xüsusilə də qarşıdakı bir ildə dünyanın gözü Azərbaycanda olacaqsa.

Belə bir vaxtda AFFA-nın ingilis dili bölməsinin işləməməsi ən azı izah tələb edən vəziyyətdir. Problem texnikidirsə, niyə bu qədər müddətdə həll olunmayıb? Yoxsa bu yazıdan sonra "ChatGPT"də xəbərləri tələm-tələsik tərcümə edib sayta qoymaqla problem çözüləcək? Dünya Azərbaycana gəlir, AFFA-nın ingilis dili isə "offline"dir. AFFA-nın əməkdaşı podkastda bildirirdi ki, bəs federasiyada əməkdaşlar üçün ingilis dili kursları keçirilir. Bu müddət ərzində kursun da faydası olmadı? Bu, Azərbaycan futbolunun özünü dünyaya necə təqdim etməsi məsələsidir.

Və qarşıda iki FIFA turniri olduğu bir vaxtda bu məsələni “sonra baxarıq” qovluğuna qoymaq üçün heç də uyğun zaman deyil.

Orxan İsmayılov

Oxşar xəbərlər

Bütün xəbərlər