OYUN GÜNÜ: Azərbaycan millisi Lixtenşteynə qarşı
Azərbaycan futbol millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirəcək.
Pressing.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.
Vaduts şəhərindəki “Reynpark” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Ayxan Abbasovun baş məşqçis olduğu Azərbaycan millisi hazırda 3 oyundan 5 xalla qrup lideridir. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşıb.
Yığmamız Lixtenşteynə qalib gələcəyi təqdirdə qrupun son oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vuracaq.
13 noyabr
23:45. Lixtenşteyn - Azərbaycan
Baş hakim: Kristo Tohver (Estoniya)
“Rheinpark” stadionu, Vaduz