Xəbər lentiwidget-title-icon

"Sabah"dan ayrılan futbolçu Rusiya klubunda
PFL 1-ci və 2-ci liqada mövsümün başlama tarixini açıqladı
"Neftçi" Sloveniya toplanışına start verib
Azərbaycan yığmalarında məşqçi dəyişiklikləri
“Turan Tovuz” rəsmisi: “Fənərbağça” seçimi təsadüfi deyil” – AÇIQLAMA
“Gəncə” braziliyalı oyunçu ilə anlaşıb
Vüsal İsgəndərli Kosovo klubunda - RƏSMİ
Təcrübəli qapıçı İtaliya klubundan ayrıldı - RƏSMİ
30 iyun: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Zirə" Türkiyə klubu ilə qarşılaşır
Azərbaycanda bu şəhərin iki klubu birləşdirilib
Levandovski rəsmən ABŞ klubunda
Almaniya DÇ-2026 ilə belə vidalaşdı - VİDEO
Braziliyanın çətin qələbəsi - VİDEO
Daha bir futbolçu karyerasını nöqtələyib
Rusiya nəhəngindən yeni transfer - RƏSMİ
Azərbaycan klublarının yay transfer "bazarlığı" davam edir – YENİLƏNİR
İngiltərə nəhəngi baş məşqçi təyinatını rəsmən açıqladı
Azərbaycan cüdoçularından İspaniyada beş medal
DÇ-2026: Mərakeş Niderlanda şok yaşatdı
Braziliya Yaponiyanı çətinliklə keçdi
"Zirə" üçün daha bir rəqib
Braziliya - Yaponiya matçı üçün HEYƏTLƏR
AFFA İcraiyyə Komitəsi nə qərarlar qəbul etdi?
Meksikalı qapıçı rekordu təkrarlayıb

Rüstəm Əhmədzadə: "Qarabağ"a lazım olan oyunçu kimi qayıdacağam" - MÜSAHİBƏ

"Zirə" klubunun hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqanın 5-ci turunun "Qəbələ" ilə matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az
22 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Komanda yaxşı formadadır. Fasilə yaranması sizin üçün mənfi hal deyil?

- Məncə, yox. Düşünmürük ki, artıq birinci yerdəyik, hər şey bizim üçün yetərlidir, bəsdir, hər şey bizi razı salır, xeyr. Qələbələrdən sonra da məşqə gedirik və başa düşürük ki, yenə də işləməliyik, dayanmamalıyıq. İnkişaf etməyə və daha yaxşı olmağa çalışırıq.

- Çoxları deyir ki, bu mövsüm daha gərgin olacaq. Geridə qalan beş turda bunu hiss etdin?

- Bəli, tam olaraq razıyam. İndi hər tur kim kimlə oynayırsa, bütün matçlar maraqlı gedir, hamı mübarizə aparır. Layiqli, yaxşı oyun göstərir. İndi elə şey yoxdur ki, hansısa komanda digərindən bir qədər güclü olsun. Hər bir komanda digərindən xal ala bilər.​

- "Zirə"nin bumövsümkü əsas məqsədi nədən ibarətdir?

- Tuta biləcəyimiz ən yaxşı yeri tutmaq.​

- Yəni​ avrokubok?

- 100 faiz. Ən yüksək yerlər uğrunda oynayacağıq. Bizim üçün hər matç final olacaq. Meydana çıxıb, yalnız qələbə üçün oynayacağıq.

- Qarşıda Azərbaycan millisini Belçikaya qarşı oyun gözləyir. Millidən hansı nəticəni gözləmək olar?

- Belçika yaxşı komandadır. Ağır olacaq. Amma təbii ki, biz əlimizdən gələni edəcəyik. Nə qədər mümkündürsə, mübarizə aparacağıq.

- Son dəfə 12 il əvvəl Azərbaycan millisi Bakıda Belçika ilə 1:1 oynaya bilmişdi. Səncə bu nəticəni təkrarlamaq mümkündür?

- Ola bilər, niyə də olmasın? Futboldur da.

- Ötən mövsümün yekununda demişdin ki, "Qarabağ"a qayıdacam və əsas heyətə düşmək uğrunda mübarizə aparacam. Amma yenə də "Zirə"dəsən. Bu, nə ilə bağlıdır?

- Bu, onunla bağlıdır ki, hansı formada olduğumu bilirəm, amma dərk edirəm ki, daha yaxşı formada ola bilərəm. Özümdən də bunu tələb edirəm. "Qarabağ"a etimad edə biləcəkləri oyunçu kimi getmək istəyirəm. Yayda bir az hiss etdim ki, daha da bir az işləməliyəm və Allah qoysa, "Qarabağ"a lazım olan oyunçu kimi qayıdacağam.

Oxşar xəbərlər

Bütün xəbərlər