Xəbər lentiwidget-title-icon

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə

Fariz Nəcəfov: "Komanda nə qədər uduzsa da, Elmar Baxşıyev baş məşqçi postunda qalacaq" - MÜSAHİBƏ

"Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov "Zirə" ilə oyundan sonra jurnalistlərə müsahibə verib.

Pressing.az
xəbər verir ki, Nəcəfov komandasının 5-ci turdakı qələbəsini şərh edib: "Komandamızdan qələbə gözləyirdik. Biz bilirdik ki, hansısa oyunda dirçələcəyik, öz oyunumuzu göstərməyə başlayacağıq. Bu gün əvvəlkilərdən daha yaxşı oynadıq. Amma yenə də, mənim istədiyim oyun bu deyil. Həmin komanda deyilik".

- Hər halda, bu qələbə psixoloji baryeri keçməyinizə kömək olacaq?

- Belə də, demək olar. Çünki dörd oyunda qalib gəlməmişdi, beşinci turda qələbə qazandıq. Ancaq belə olacağını bilirdik. Komandamızın hansısa oyunda düzələcəyinə əmin idik. Şəxsən mən komandama tam inanırdım. Bu gün yanılmadığımı gördüm.

- Matçdakı gərginliyi nə ilə əlaqələndirirsiz?

- İnanın ki, hansısa səbəbi yoxdur. Avrokuboklarda "Omoniya" ilə oynadıq, daha sonra "Sabah"la görüşə çıxdıq. Heç bizi nəzərə də almadılar. İlk dəfə PFL haqda buradan deyirəm. Elə şikayət kimi də olsun, eşitsinlər, biz həmin günü gecə yolda olmuşduq. İstirahətə vaxtımız da olmadı. Yorğun idik.

- PFL-ə müraciət etmişdiz?

- Xeyr. İstəmədik edək. Çünki onlar özü bunu fikirləşməlidir. Qayda ilə üç gündən sonra oyuna çıxmaq olar. Onlar qaydanı pozmayıblar. Lakin nəzərə almalıydılar ki, bir günü yolda olmuşduq. "Sabah"la matçda uğursuzluğu yorğunçuluğa bağlaya bilərəm. Amma sonrakı matçlarda komanda bundan əvvəlki məğlubiyyətlərin atmosferindən çıxa bilmirdi. Fərdi səhvlər edirdik. Analiz edib çox şey danışmaq olar. Bu vəziyyətdən çıxmaq lazımdır. Sevindirici hal odur ki, öz oyunumuzu göstərib qalib gəldik.

- Söz-söhbət gəzirdi ki, komanda uduzsaydı, Elmar Baxşıyev üçün "Qəbələ"də sonuncu oyun olacaqdı...

- Xeyr, qəti. Komanda liqada qalmaq şərtilə, nə qədər uduzsa da, Elmar Baxşıyev baş məşqçi postunda qalacaq. Ona və futbolçularıma tam inanıram, güvənirəm. Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmayıb. Əvvəldən danışığımız belə bu olmayıb. Ardıcıl iki il bunu etdik. Ola bilər ki, bu mövsüm bacarmayaq. Alınsa da, lap yaxşı.

- Transfer edəcəksiz?

- Bir futbolçu gələ bilər. Danışıqlar davam edir. Legioner olacaq. Hücum xətti üçün düşünürük.

- Yenə bir illik müqavilə olacaq?

- Bundan əvvəlki illərdə komanda tam dağılırdı. Futbolçularla iki illik müqavilə edə bilməzdim, çünki dayanıqlılığımız yoxdur. Komanda dağılsaydı, gərək mən evimi, maşınımı satıb maaşları verərdim. Bu tendensiya davam etdi. Çünki indi də büdcə özümüzdən, sponsordan yox, dövlətdən asılıdır. O da uzunmüddətli deyil, deyillər ki, hər il üçün veririk.

- Akademiyanız üçün sponsor tapmışdız. Bu il sponsor sayı artacaq?

- Danışırıq. Həmin sponsorluq da dostluq əlaqələrindən yaranmışdı. Yenə davam edir. Yəqin ki, akademiyazın güclü olmasını Azərbaycanda, Qəbələdə hamıdan çox mən istəyirəm, məndən çox istəyən ola bilməz. Əlimizdən gələni edirik.

- AFFA ayrılan vəsaitdən tutulmalar etdi. Hansı kriteriyaları yerinə yetirmirdiz ki, belə oldu?

- Bəli, tutulmalar oldu. Hamısını deməyim. Ən dəqiq olanı qadın futboluna və bölgələrdə uşaq futbol məktəbinin yaranması məsələsi ilə bağlı idi. İkisi tam kəsildi. Bu da, büdcənin 8-10 faizidir. Amma başqa kəsilmələr də oldu. Halbuki, onlarla da razı deyiləm.

- Həmin öhdəliklər bu il dəyişilib?

- Bəli.

- Qismət Alıyevin hər dəfə “Qəbələ” azarkeşləri ilə konflikt yaşayır. Bu, nə ilə əlaqədardır? Buradan gedəndə problemlə ayrılıb?

- Qəti. Buradan tam yaxşı şəkildə ayrılmışıq. Akademiyanın nümunəvi futbolçularından olub. İndi də xətrini çox istəyirəm. Oyununa da azarkeşlik edirəm. Bəzən azarkeşlər ondan fair-play qaydalarına riayət etməsini, buradakı matçlarda hakimlərlə və bizim oyunçulara mübahisələrə girməməsini istəyirlər. Oyunda olan şeylərdir.

Oxşar xəbərlər


Bütün xəbərlər

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib