Xəbər lentiwidget-title-icon

"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
Kurban Berdıyev: "Qələbəyə görə çox sevinirəm"
"Turan Tovuz"a məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Valdas Dambrauskas
Tovuzda dramatik oyun, 5 qol!
Yeniyetmələrin Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
U-15 dünya çempionatının bağlanış mərasimi keçirildi
"Turan Tovuz" - "Sabah" matçı üçün HEYƏTLƏR
“Sabah”ın basketbolçusu ÇL-də həftənin oyunçusu seçilib
"Qəbələ"nin əvəzedicilərindən qələbə
Azərbaycanın 2 güləşçisi yarımfinalda
"Kəpəz" Azərbaycan Kubokunda rekorda imza atıb
"Sumqayıt"ın sabiq futbolçusu Hindistan klubunda
“Qələbələrin davamını gətirməliyik” - AÇIQLAMA
“Bu futbolçulara, bu nəslə inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan millisi 83-cü yeri də tuta bilmədi
"Kəpəz" rekordu yeniləyib
ÇL: "Araz-Naxçıvan" qrupda son oyuna çıxır
MPL: "Turan Tovuz" "Sabah"ı qonaq edir
"Marafon” dördüncü matçında da məğlub olub
FIFA-nın “Məktəblərdə Futbol” seminarı “Boots for All” festivalı ilə yekunlaşıb
"Gəncə” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
1000-ə bir şey qalmadı
"Turan" növbəti qələbə ilə Çempionlar Liqasında mərhələ adladı!
Könül Əliyevadan “Böyük Dəbilqə”də tarixi nəticə

Fərid Ələkbərov: “Araz-Naxçıvan”ı yenidən Azərbaycan millisinin bazasına çevirəcəyik” - MÜSAHİBƏ

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” hazırlığa başlayıb.

Pressing.az xəbər verir ki, komanda gündəlik məşqlərlə bərabər heyətini də komplektləşdirməyə çalışır.

Federasiyanın mətbuat xidməti Oktyabrın 27-dən 30-dək Polşada keçiriləcək oyunlara hazırlıqla bağlı ümumi vəziyyətlə tanış olmaq üçün “qırmızı-ağlar”ın məşqçisi Fərid Ələkbərovla söhbətləşib.

- “Araz-Naxçıvan”ın Çempionlar Liqasına hazırlığı necə gedir?

- Komanda bir neçə gündür hazırlığa başlayıb. Fiziki, parallel olaraq taktiki planda məşqlər keçirik. Çempion olan heyətdən çox az sayda futzalçı qalıb. Heyəti demək olar, yenidən qururuq.

- Heyətlə bağlı hansı dəyişikliklər edilib?

- Əsasən yerli futzalçılarla danışıqlar aparırıq. İstəyirik ki, “Araz-Naxçıvan”ı əvvəlki illərdə olduğu kimi, yenidən Azərbaycan millisinin bazasına çevirək. Transfer fəaliyyətimizi də bu istiqamətdə qurmuşuq. Artıq Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Eldar Zeynalov və gənclər millisinin üzvü Rəvan Məşiyevlə anlaşmışıq. Adları sadalanan futzalçılar müxtəlif illərdə də klubumuzda çıxış edib. Emin Kürdov, Ədalət Ələkbərov da bizimlədir. Bir neçə futzalçı ilə də danışıqlar davam etdirilir. Baxışda olanlar da var.

- Bəs legioner futzalçı dəvət etməyi düşünürsüz?

- Heyətimizdə əcnəbilər də olacaq. Ancaq çox az sayda legioner transfer edəcəyik. Onların sayı maksimum 2-3 nəfər olacaq. Dediyim kimi, çalışacağıq ki, millinin üzvlərini komandamıza cəlb edək. Təbii ki, büdcənin də təsiri var. Az büdcə ilə çox iş görməyə çalışacağıq. İşləri düzgün qura bilsək, sponsor sonrakı mərhələdə maliyyəni artıra bilər. Əsas odur ki, “Araz-Naxçıvan” yaşayır, yaşayacaq.

– Hazırlıq müddətində oyunların keçirilməsi nəzərdə tutulubmu?

- Futzalçılarımızın əksəriyyəti millinin düşərgəsində olacaq. Çempionlar Liqasının oyunlarından əvvəl millinin Çexiya ilə matçı var. Bu bir növ komandamızın xeyrinə olacaq. Futzalçılarımız daha hazırlıqlı olacaqlar.

- Qrupdakı rəqibləri izləyirsiz?

- Əsas mərhələdə zəif komanda olmur. Kimin necə hazırlaşmasından çox şey asılıdır. Rəqiblərimiz kifayət qədər güclüdürlər. Meydan sahibi olacaq “Piast” tarixinin ən böyük büdcəsinə sahibdir və legionerlərlə gücləniblər. “Buba Mara”nın oyunlarını izləmişik, hazırlıqlı komandadır. “Uypest” də çətin, rəqabətli çempionatın qalibi olub. Üstəlik hər 3 ölkədə çempionat oyunları başlayıb. Bu isə komandaların yaxşı hazırlaşmasına, oyun təcrübəsi baxımından inkişaf etməsinə kömək edir. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. “Araz-Naxçıvan” hər zaman iddialı olub və yüksək yerlər uğrunda mübarizə aparıb. Bu gün reallıq bir qədər fərqlidir, ancaq əmin ola bilərsiniz ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğur qazanaq.

Oxşar xəbərlər

Bütün xəbərlər