"Kəpəz" Azərbaycan Kubokunda rekorda imza atıb
"Kəpəz" klubu Azərbaycan Kubokunda "Turan Tovuz"a məxsus tamaşaçı rekordunu yeniləyib.
Pressing.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. II təsnifat mərhələsinin "Kəpəz" – "Baku Sportinq" matçını (3:1) 5000 azarkeş izləyib. Bu, turnirin son 4 mövsümündəki təsnifat mərhələləri üçün yeni rekord göstəricidir. Əvvəlki rekord 2023/2024 mövsümündəki "Turan Tovuz" – "Göygöl" və 2024/2025 mövsümündəki "Şəki" – "Şəmkir" oyunlarında (1500 tamaşaçı) qeydə alınmışdı.
Ümumilikdə II təsnifat mərhələsinin 12 matçını 6830, ilk iki raundun 18 oyununu isə 7610 seyrçi izləyib. Hər iki göstərici son 4 mövsümün mutlaq rekordudur.