Xəbər lentiwidget-title-icon

Renatın komandasından xal itkisi
Toral Bayramovun komandasından məğlubiyyət - VİDEO
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - VİDEO
"Qarabağ"ın "İmişli" üzərində qələbəsi - VİDEO
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
Zaur Həşimov: "Öz diqqətsizliyimizdən qol buraxdıq"
"Qalibiyyətə layiq idik" - Kurban Berdıyev
"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Fərid Namazovdan məğlubiyyət şərhi
"Səbirli oynamaq lazım idi" - Qurban Qurbanov
"Şəfa" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan boksçusu Avropa çempionu oldu!
“Kür” ilk oyunda APOEL-i böyük hesabla məğlub edib
11 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Barselona" "Xetafe"yə şans vermədi - VİDEO
“Sabah” – “Slaviya” matçını bu hakim idarə edəcək
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzub
MPL: "Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı
Azərbaycan cüdoçularından dünya çempionatında rekord göstərici!
“Qəbələ” və “Araz-Naxçıvan”ın əvəzedicilərindən qələbə
"Sumqayıt" "Qəbələ"ni darmadağın etdi - VİDEO
Bakıda Avropa Su İdmanı Federasiyasının Konqresi keçirildi
Zirədə vurulan 2 qol - VİDEO
"Sumqayıt"dan qələbə, Zirədə "sülh" - YENİLƏNİB
"Meydanda vuruşaraq xal qazandıq" - Azər Bağırov

Bir imza, aylarla gözlənti: “Şəki” niyə öz stadionuna qayıda bilmir? – YAZI

Azərbaycan futbolunda yeni mövsüm başlayıb. II Liqanın ilk turunda "Şəki" Zaqatalada keçirilən oyunda "Ağdaş" üzərində 4:2 hesablı qələbəyə sevinib.

Qələbənin əsas qəhrəmanlarından biri isə şəkili azarkeşlərin yaxşı tanıdığı və artıq üçüncü dəfədir bölgə təmsilçisində oynayan Tural Məmmədzadə olub. “Şəkili Ronaldo” ləqəbi ilə tanınan futbolçu "Ağdaş"ın qapısına iki dəfə yol tapıb.

Amma burada qəribə bir mənzərə yaranır: "Şəki" ikinci mövsümdür ki, öz meydanına qayıda bilmir. Və bunun səbəbi futbol deyil...

Problem nədir?

Şəki təmsilçisi artıq neçə müddətdir ki, ev oyunlarını doğma şəhərdə keçirə bilmir. Komandanın Şəki şəhər stadionuna qayıtmasının qarşısında duran əsas məsələ sənədləşmə prosedurlarıdır. Yəni məsələ yeni stadion tikintisi, meydançanın yararsız olması və ya hansısa böyük texniki problem deyil. Söhbət sırf sənədləşmədən gedir.

Amma bu sənədləşmə prosesi uzandıqca onun yükünü futbol klubu daşıyır. Şəki komandası hazırda ev oyunlarını keçirmək üçün başqa şəhərə getməli, hər qarşılaşma üçün əlavə yol, logistika, stadion və digər təşkilati xərclərlə üzləşməlidir.

Ən böyük problem isə budur ki, komanda kənarda oynadığı zaman bu xərclərin qarşılığında həmin şəhərdə real gəlir yaratmaq imkanına malik deyil.

Şəkidə isə vəziyyət tamamilə fərqlidir.

Komanda öz meydanında oynasa, azarkeş stadionda olacaq. Bilet satışı olacaq. Yerli sahibkarlarla əməkdaşlıq etmək, sponsor cəlb etmək, reklam gəlirləri formalaşdırmaq mümkün olacaq.

Başqa sözlə, Şəkidə klubun xərclərinin bir hissəsini özünün qarşılamaq və gəlir yaratmaq imkanı var. Amma başqa şəhərdə oynayanda bu imkan, demək olar ki, yoxdur.

Sual sadədir: niyə?

Burada artıq problem klubun yox, ümumilikdə Şəki şəhərinin problemidir.

Bir şəhərin futbol klubunun öz meydanına qayıtması üçün hansı sənədlər gözlənilir? Bu sənədlərin hansı mərhələsi tamamlanmayıb? Proses niyə bu qədər uzanır? Hansı qurum hansı məsuliyyəti daşıyır?

"Şəki" PFK-nın və Şəki futbol ictimaiyyətinin bu suallara aydın cavab almaq haqqı var. Çünki hər gecikən gün klub üçün əlavə xərc deməkdir. Və bu gün söhbət sadəcə 1-2 oyundan getmir.

Rəqabətin artdığı, hər klubun ayaqda qalmaq üçün mübarizə apardığı bir liqada "Şəki"nin öz meydanından məhrum olması klubun həm idman, həm də maliyyə imkanlarına birbaşa təsir edir. Şəkililər meydanda mübarizə aparmağa hazırdır.

İndi isə növbə aidiyyəti qurumlardadır.

Bəs "Şəki" PFK nə vaxt öz meydanına qayıdacaq?

Daşqın Əziz

Bir imza, aylarla gözlənti: “Şəki” niyə öz stadionuna qayıda bilmir? – YAZI

Oxşar xəbərlər

Bütün xəbərlər