Fizuli Məmmədov: "Oyun zamanı yaşananlar sadəcə anlıq bir çılğınlıq idi" – MÜSAHİBƏ
"Şahdağ Qusar" Azərbaycan 1-ci Liqasının 2026/27-ci illər mövsümünün MOİK-lə oyununda sezonun ilk qolunu vurub.
Bu mövsümdən komandanın baş məşqçisi postunda olaraq yüksək iddiaları ilə gündəmə gələn Fizuli Məmmədov Pressing.az-a müsahibəsində yarışda kifayət qədər güclü komandaların mövcudluğunu və 1-ci Liqada mübarizənin, qələbə qazanmağın asan olmayacağını bildirib.
– Mövsümün birinci oyunu və ilk qolu. Hansı təəssüratlarınız var?
– Çox sevindirici haldır. Oyuna ciddi hazırlaşmışdıq və qələbəni çox istəyirdik. İlk oyun bilirdik ki, çətin olacaq həm taktiki cəhətdən, fərdi keyfiyyət baxımından çox güclü komandaya qarşı oynayırdıq. Meydana çıxmazdan əvvəl bizi necə ağır bir mübarizənin gözlədiyinin fərqində idik. İlk qələbə bizim üçün çox önəmli idi və bu oyuna, nəinki bu oyuna, bu çempionatın bütün oyunlarına biz çox ciddi hazırlaşmışıq. Bu gün meydanda doğrudan da sona qədər döyüşən, təslim olmayan və xarakter göstərən bir komanda var idi. Futbolçularımın hər biri tapşırıqları canla-başla yerinə yetirdi və bu vacib qələbəni tam layiqi ilə qazandıq. Hətta rəqibi tamamilə sıxışdırdığımız, tabe etdiyimiz anlar oldu. Elə epizodlar var idi ki, uşaqlar topun önünə başlarını qoyurdu. Bax, mənim üçün bu cür fədakar epizodlar çox önəmlidir. Oyundan-oyuna komandamızın daha da yaxşı olacağına inanıram. Göstərdikləri bu əzmkar mübarizəyə görə futbolçularıma dərin təşəkkürümü bildirirəm.
– İlk oyun və ilk qələbə komandaya həm də psixoloji üstünlük verir. Bu məqam gələcəkdə də diqqətdə olacaq?
– Bəli, bu istiqamətdə işlərimiz mütləq eyni tempdə davam edəcək. Çünki meydandakı fiziki və taktiki mübarizə qədər, oyunçuların zehni olaraq da bu çətin turnirə hazır olması bizim üçün çox vacibdir. Düzdür, bu gün bir qol vurduq, amma daha çox qol epizodumuz var idi. Bu oyunda biz üç, hətta dörd qol da vura bilərdik. Təəssüf ki, o şanslardan tam yararlana bilmədik. Qarşıda hələ görüləsi işlərimiz var. İnanın ki, hər həftə məşqlərdə realizasiya üzərində çalışırıq və yenə də davam edəcəyik.
– Mövsümün ilk hakim "dartışması" da yaşandı, referi ilə aranızda gərginlik oldu...
– Bəli, bəzən belə hallar baş verir, emosiyalar coşur. Amma oyun zamanı yaşananlar sadəcə anlıq bir çılğınlıq idi və bu, biz məşqçilərdə normaldır. Düşünürəm ki, hakimlik çox yüksək səviyyədə idi. Bütün hakimlər öz işini peşəkarca həyata keçirdi.
– Bu mövsüm legionerlərlə komandanı gücləndirmisiniz.
– Komandaya legionerlər cəlb olunub. Amma onlar ümumi işin bir hissəsini yerinə yetirir. Burada vahid bir ailə var. Yerli futbolçularımız da daxil olmaqla, çox layiqli bir heyətimiz var. Hər kəs öz işini görür, intizamlıdır. Hamı qarşımızda duran məqsədimizin nə olduğunu çox yaxşı bilir və biz sadəcə o hədəf üçün çalışırıq.
Pressing.az