Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Elmar Baxşıyev: "Biz bu yarışda yeniyik"

"Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Bizi nəyin gözlədiyini bilirdik. Ağır oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı. İstədiyimizi etməyə çalışdıq və demək olar, istədiyim komandanı gördüm. Mövsümün gedişində hücum və müdafiə planında daha yaxşı oynayacağımızı düşünürəm.Yaxşı, mübarizəli oyun getdi. Futbolçular bu dinamikaya uyğunlaşırsa, təqdirəlayiqdir".

Mütəxəssis komandada olan təzyiqdən də söz açıb: "Hansısa təzyiqin olduğunu düşünmürəm. Avrokuboklarda daha yaxşısını etməyə çalışdıq, amma alınmadı. İşimizi davam etdiririk. Tənqidə açığıq, amma işimizi şayələrə uyğun qurmuruq. Ümidverici məqam odur ki, komandam geridönüş etməyi bacarır və möhkəmdir".

E.Baxşıyev "Araz-Naxvınan"ın qapısına təyin olunan penalti zərbəsindən də danışıb: "Penalti epizodu ilə bağlı qərar məncə, yanlış idi".

O, komandasının avrokuboklardakı çıxışından danışıb: "Heyətimizə 4-5 futbolçu cəlb etdiksə, mütləq qruplarda oynamalı deyilik. Avrokuboklar istəklə bağlı deyil, bunun üçün tədricən komanda formalaşmalıdır. "Qarabağ" nümunəsi var, onlar da qruplara addım-addım yaxınlaşdılar. Biz də bu yarışda yeniyik. Amma niyəsə hər dəfə neqativ mənada "Araz-Naxçıvan" göstərilir".

Oxşar xəbərlər