Xəbər lentiwidget-title-icon

Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti açıqlanıb
Jorge Jesus rəsmən Portuqaliya millisində
Bense Varkonyi: "Avropa Liqasının əsas mərhələsində çıxış etmək istəyirik" – MÜSAHİBƏ
20 yaşlı oyunçu İngiltərə nəhəngində
Braziliyalı qapıçı "Araz-Naxçıvan"da - RƏSMİ
Ramiz Məmmədov "Karvan-Yevlax"da - RƏSMİ
Belçika millisində ciddi itki
Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin qalibi olub
Fransalı futbolçu "Şəfa"da
Günay Qurbanovadan gümüş medal - AÇ
DÇ-2026: İspaniya Belçikaya qarşı
Fransanın Mərakeş üzərində qələbəsi - VİDEO
Azərbaycan UEFA reytinqində bir həftəyə 0,750 əmsal qazanıb
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olunub
"Kəpəz"də daha bir ayrılıq
"Neftçi" Serbiya klubu ilə qarşılaşır
"Qarabağ"ın yeni hücumçusu: "Təcrübəmizə arxayınıq" – MÜSAHİBƏ
"Şamaxı"da daha bir yerli futbolçu - RƏSMİ
"Qarabağ"ın potensial rəqiblərinin oyununda ev sahibləri qələbə qazanıb
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxıb
DÇ-2026-da ilk yarımfinalçı Fransa oldu
Qurban Qurbanovdan "Vestri" üzərində qələbəyə şərh
"Qarabağ" "Vestri"yə qalib gəldi
"Şamaxı"dan "Qəbələ"yə - RƏSMİ
İngiltərə nəhəngində yeni gənc oyunçu - RƏSMİ

Ağadadaş Salyanski: "Çətin rəqiblərimiz var, amma qrupdan çıxmaq mümkündür" - MÜSAHİBƏ

Azərbaycanın U-21 yığmasının forvardı Ağadadaş Salyanski AVRO-2025-in seçmə mərhələsinin Lüksemburqla (3:2) oyunundan sonra jurnalistlərə müsahibə verib. Pressing.az xəbər verir ki, o, bu görüşdəki qələbə haqda danışıb.

- Komandanın qələbəsini necə şərh edərdin?

- Xalqımızı, məşqçilər korpusunu, komanda yoldaşlarımızı qələbə münasibətilə təbrik edirəm. Asan deyildi, çətin oyun alındı. Amma biz sona qədər mübarizə apardıq ki, qalib gələk. Şadam ki, istədiyimizi əldə etdik. Qələbələrin davamının gəlməsinə çalışacağıq.

- Yığmanın qələbə qolunu vurdun. Həmin epizodu necə xatırlayırsan?

- Veysəl cərimə zərbəsi vururdu, mən də qapıçıdan qayıdacaq topa getməli idim. Ona hazırlaşırdım. Şadam ki, qol vurdum, komanda qalib gəldi. Açığı, bir az həyəcanım var idi. Çünki ilk qol epizodunu vurmamışdım, ikincini mütləq vurmalıydım.

- Şimali İrlandiya ilə matçda əsas heyətdə olsan da, Lüksemburqla görüşə ehtiyat oyunçular skamyasında başlamışdın. Psixoloji problem olmadıki?

- Əlbəttə ki, yox. Meydana çıxanda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdım. Şadam ki, qol vurdum, komanda qalib gəldi. Vacib olan qalib gəlməyimizdir.

- Səncə, Şimali İrlandiya ilə matçda niyə qalib gələ bilmədiz?

- Əslində, onlara qarşı da pis oynamamışdıq. Penaltidən istifadə edə bilməmişdik. Halbuki, onu vursaydıq, nəticə də fərqli olardı. Şimali İrlandiya isə sonradan müdafiəyə çəkildi, müdafiəni yarmaq çətin idi. Həmin oyun geridə qalmışdı deyə, Lüksemburqla görüşdə qələbəyə kökləndik.

- Ukrayna və İngiltərə ilə matçlarda hansı nəticəyə ümid edəcəksiz?

- Bu görüşlərə də hazırlaşacağıq. Meydana xal və xallar qazanmaq üçün çıxacağıq. Onsuzda, hər zaman rəqiblərimizi təhlil edirik. Çalışacağıq ki, uğurlu nəticələr qazanaq.

- Yer aldığınız qrupda nəyi bacararsınız?

- Bizim işimiz qrupdan çıxmaqdır. Təbii ki, indidən bir söz demək olmaz, vaxt hər şeyi göstərəcək. Çox çətin rəqiblərimiz var, hamısı da güclüdür. Lakin qrupdan çıxmaq da mümkündür.

- Yeri gəlmişkən, ötən mövsüm “Neftçi”nin əsas heyətində də meydana çıxırdın, qol da vururdun, amma indi əsas komandada səni görmürük. Səbəbi nədir?

- Bu barədə heç nə deyə bilməyəcəm. Nə deyim?

- Adrian Mutunun gəlişindən sonra məşqlərdə iştirak etmirsən?

- Baş məşqçi gəldikdən sonra toplanışda olmuşdum. Komandaya yeni legionerlər cəlb edildi. Ola bilsin ki, futbolçu sayına görə əvəzedici heyətdəyəm. Hər halda, fikrim əsas komandada yer almaq, “Neftçi”də möhkəmlənməkdir.

- İcarəyə yollanmaq haqda düşünürsən?

- Əlbəttə, təklif olsa, fikirləşərik. Lakin təklif almamışam.

Oxşar xəbərlər

Bütün xəbərlər