Xəbər lentiwidget-title-icon

Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil"
"Neftçi"dən darmadağın, Tovuzda "sülh" - YENİLƏNİB
Kurban Berdıyev: "Hamı qol olduğunu gördü, hakim görmədi”
AÇ: Azərbaycan millisindən növbəti qələbə
"Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
Nunyesin yeni klubu
“Turan Tovuz” - “Şamaxı” matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi növbəti matçına çıxır
Azərbaycan yığmasının bütün üzvləri medal qazandı
Bölgə klubunda yeni müdafiəçi - RƏSMİ
Azərbaycanın MMA idmançılarından dünya çempionatında gümüş medal
“Sabah” - "Hapoel" oyununun hakimləri açıqlandı
23 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "Turan Tovuz" "Şamaxı"ya, "Neftçi" "Araz-Naxçıvan"a qarşı
Arçi Qrey tarixə düşdü
Rüfət Abdullazadə oynadı, komandası uduzdu
"Zirə" "İmişli"yə belə qalib gəldi - VİDEO
Rəşad Sadıqov: "Çoxlu qol epizodları qaçırdıq" – VİDEO
"Şəfa" Premyer Liqada ilk qələbəsini belə qazandı - VİDEO
"İmişli"nin baş məşqçisindən məğlubiyyət şərhi
"Zirə" və "Şəfa"dan qələbə - YENİLƏNİB
"Azərbaycan Premyer Liqası inkişaf edib" - Kaxaber Sxadadze
Zaur Həşimov: "Bu heyətlə məqsədimizə çata bilərik”
“Zirə” - “İmişli” matçı üçün HEYƏTLƏR
“Qəbələ” - “Şəfa” matçı üçün HEYƏTLƏR

Yuri Vernidub: "İki qələbədən sonra göylərdə uçmaq lazım deyil"

"Neftçi" klubunun baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasında 2-ci turunda "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az ukraynalı mütəxəssisin mətbuat konfransını təqdim edir.

- "Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsini bu amilə bağlamaq olarmı?

- Mənə bu suala cavab vermək çətindir. Bəli, daha tez başlamışdıq təlim-məşq toplanışına. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib pis komanda deyil. Yaxşı da oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik.

- 5 qoldan cəmi birini ikinci hissədə vurmağınız və qol epizodlarının boşa xərclənməsi sizi narahat etdimi?

- Birinci hissədə 4:0-dan sonra ikinci hissədə bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin bunu dəyərləndirə bilmədik. Emil Balayev bizi 3 real qoldan xilas etdi. Onu da təbrik etmək istəyirəm.

- Son illərə baxsaq, "Neftçi"nin belə uğurlu start etdiyini görməmişik...

- Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo" ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər. Hər biri göstərdilər ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin "Zirə" matçı gözləyir. O matç da maraqlı olacaq. İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır.

- Zirvədə qalmaq çətindir. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışı sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksinizmi?

- Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir uğurdur.

- "Sumqayıt"la və bu gün keçirilən matçda da künc zərbələrindən fərqləndiniz...

- Önəmlisi də odur ki, çemoionata baxsaq, çox qollar standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən də bütün epizodları nəzərə alırıq.

– Minsk “Dinamo”suna məğlubiyyətdən bir ay keçir və hiss olunur ki, bunu unutmursunuz. İndi həmin rəqiblə qarşılaşsaydınız, mərhələni keçərdiniz?

– Bu suala cavab vermək istəmirəm. Həmin oyunun ağrısı mövsümün sonuna, bəlkə də daha sonraya qədər mənimlə qalacaq. Baş məşqçi kimi bütün məsuliyyəti öz üzərimə götürürəm, futbolçularda günah axtarmıram. Azarkeşlərimizdən bir daha üzr istəyirəm və çalışacağıq ki, onları bir daha belə məyus etməyək. (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər