Xəbər lentiwidget-title-icon

Avropa Kuboku: “Kür”ün növbəti mərhələdəki rəqibi məlumdur
AFFA-da islahat adı altında xaos: Rövşən Nəcəf nəyi gözləyir?
“Sabah” “Trabzonspor”a məğlub olub
“Neftçi” Latviya klubuna uduzdu
Yunuszadənin komandasının oyunu yarımçıq dayandırılıb
"Real"dan geridönüş, "Fənərbağça" böyük hesabla uduzdu - NƏTİCƏLƏR
36 yaşlı Henderson birincidir
Azərbaycan güləşçiləri DÇ-nin yekun hazırlığına başlayıb
"İmişli"də müvəqqəti baş məçqçi
"Samsunspor"un "sükanı" ona tapşırıldı - RƏSMİ
Harri Keyndən rekord
“Sabah” – “Slaviya” oyununda antirekord
Azərbaycan millisi Avropa çempionatında üçüncü oldu
Azərbaycan klublarından yeni rekord
Çempionlar Liqasında daha 9 oyun
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlanıb
Azərbaycan millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI
14 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA “Şəfa”nın aşağı yaş qruplarına danışılmış oyunlarla bağlı sessiya keçirib
Azərbaycan yığması BƏƏ-ni məğlub edib
"Sabah" Azərbaycana reytinq xalları gətirdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazandı
“Gəncə” Avropa Kubokundakı ilk ev oyununda uduzub
Azərbaycan təmsilçisi Slovakiya klubuna məğlub olub
Rəhman Daşdəmirov: "Bu hissləri sözlə ifadə etmək mümkün deyil" – MÜSAHİBƏ

AFFA-da islahat adı altında xaos: Rövşən Nəcəf nəyi gözləyir?

AFFA-da vəziyyət getdikcə qəlizləşir. Cahangir Fərəcullayevin baş katib postuna gəlişindən sonra başladığı islahatlar, struktur dəyişiklikləri, ixtisarlar, vəzifə bölgüləri qurumu düzənə salmaq əvəzinə, daxildə dərin xaos yaradıb.

Struktur dəyişikliyi adı ilə atılan addımlar qurumun idarə olunmasında ciddi problemlər yaradıb. Öncə başlayaq qurumun media departamentindən. Birdən-birə 8 əməkdaşın işdən çıxarılması xeyli söz-söhbətə səbəb oldu. Departamentin yenilənməsi prosesinə qeyri-rəsmi şəkildə Turab Teymurov nəzarət etdi. Hazırda o, departamenti “WhatsApp” qrupunda idarə edir. Media departamentinin iş bölgüsü ilə bağlı AFFA-nın departamentlərində ciddi narazılıq var.

Digər narazılıq yaradan məqam isə niderlandlı texniki direktor Edmond Klausun tətbiq etdiyi yeni sistemdir. O, uşaq liqalarının matçları üçün oyunçu saylarında dəyişiklik tətbiq edib. Bu qərarı da klublar narazılıqla qarşılayıblar.

Digər vacib məqamlar isə marketinq və sponsorluqlarla bağlı yaranmış məsələlərdir. “Xırdalan” qurumla əməkdaşlıqda istəklərini ala bilmədiyi üçün narazı tərəfə çevrilib. “Liv Bona Dea” isə Mərdəkandakı stadionun ad dəyişikliyi səbəbindən milyonlarla manat təzminat tələb edir. AFFA hazırda şirkətlə bu məsələdə razılığa gəlməyə çalışır.

Milli komandalara ayrılmış mükafatların şişirdilməsi İcraiyyə Komitəsində əyləşən şəxslərin ürəyincə olmayıb. Bundan əlavə, Cahangir Fərəcullayevin tapşırığı ilə əməldaşlıq etdikləri media mənsublarına təzyiq göstərilməsi də daxildə xoş qarşılanmayıb. Bəzi media nümayəndələrinin iş prosesinə birbaşa müdaxilə edilməsi, həmçinin baş katibin göstərişi ilə bəzi rəhbər şəxslər barədə sifarişli yazıların dərc etdirilməsi prezident Rövşən Nəcəf, eləcə də İcraiyyə Komitəsi üzvlərinə də çatdırılıb. Təbii ki, onlar da bu məsələni təəccüb və təəssüflə qarşılayıblar.

Əldə etdiyimiz məlumatlara görə, AFFA prezidenti Rövşən Nəcəf federasiyadakı idarəçilikdən narazıdır və baş katib Cahangir Fərəcullayevə bir neçə dəfə iradını bildirib.

Üstəlik, baş katibin klub rəhbərləri ilə münasibətləri də ürəkaçan deyil. İcraiyyə Komitəsində təmsil olunan bəzi şəxslərin də Cahangir bəydən narazı olduğu bildirilir.

Məlumatlara əsasən, baş katibin Rövşən Nəcəfin "WhatsApp" mesajlarına gec cavab verməsi, hətta ardıcıl zənglərini cavabsız qoyması qurum rəhbərini qəzəbləndirib. Bu səbəbdən Fərəcullayevə xəbərdarlıq edib.

8-ci km stadionunda keçirilən Litva - Azərbaycan matçı da diqqətçəkən mənzərə ilə yadda qalmışdı. Rövşən Nəcəf stadiona gələn zaman AFFA-nın rəhbər şəxsləri onu qarşıladılar. Fəqət Cahangir Fərəcullayev və onun müavin-müşavirləri ortalıqda yox idi.

Prezidentlə baş katib arasında ciddi problemlərin olduğu məlumatlar fonunda bu mənzərə daha çox sual doğurur. Qurumun prezidenti stadiona təşrif buyurur, baş katib onu qarşılamağa da gəlmir. AFFA-da hər şey qaydasındadırsa, bu mənzərəni necə izah etmək olar? Görünür, həmin gün Cahangir Fərəcullayev üçün millinin futbolçusunun formasını əldə etmək daha vacib olub.

Rövşən Nəcəfin Cahangir Fərəcullayevin AFFA-da vəziyyəti düzəldəcəyinə inamının qalmadığı bildirilir. Belə olan halda, qurumda ciddi dəyişikliklərin baş verməsi ehtimalı artır. Çünki prezidentin etimadını itirən, klub rəhbərləri və İcraiyyə Komitəsinin bəzi üzvləri ilə münasibətləri korlanan, idarə etdiyi binada kommunikasiya böhranını aradan qaldıra bilməyən baş katibin bu vəzifədə nə qədər qala biləcəyi sual altındadır.

İndi məsələ Fərəcullayevin hansı yeni islahatlar və struktur dəyişikliyi adı ilə dostlarını işlə təmin edəcəyində deyil. Əsas məsələ budur: Rövşən Nəcəf daha nə qədər gözləyəcək?

Orxan İsmayılov

Oxşar xəbərlər


Bütün xəbərlər

Avropa Kuboku: “Kür”ün növbəti mərhələdəki rəqibi məlumdur
AFFA-da islahat adı altında xaos: Rövşən Nəcəf nəyi gözləyir?
“Sabah” “Trabzonspor”a məğlub olub
“Neftçi” Latviya klubuna uduzdu
Yunuszadənin komandasının oyunu yarımçıq dayandırılıb
"Real"dan geridönüş, "Fənərbağça" böyük hesabla uduzdu - NƏTİCƏLƏR
36 yaşlı Henderson birincidir
Azərbaycan güləşçiləri DÇ-nin yekun hazırlığına başlayıb
"İmişli"də müvəqqəti baş məçqçi
"Samsunspor"un "sükanı" ona tapşırıldı - RƏSMİ
Harri Keyndən rekord
“Sabah” – “Slaviya” oyununda antirekord
Azərbaycan millisi Avropa çempionatında üçüncü oldu
Azərbaycan klublarından yeni rekord
Çempionlar Liqasında daha 9 oyun
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlanıb
Azərbaycan millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI
14 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA “Şəfa”nın aşağı yaş qruplarına danışılmış oyunlarla bağlı sessiya keçirib
Azərbaycan yığması BƏƏ-ni məğlub edib