Xəbər lentiwidget-title-icon

“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!

Qadın futbolunda struktur dəyişiklikləri: AFFA rəhbərliyi yeni mərhələyə hazırlaşır

Üç gün əvvəl AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Toplantıda müzakirə məsələlərdən biri də qadın futbolunun mövcud durumu olub.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı İcraiyyə Komitəsi üzvlərinə məlumat verib. O, A milli komandanın Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatan mövsümlə bağlı fikirlərini bölüşüb.

Cahangir bəy yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacağını da diqqətə çatdırıb.

Fərəcullayev bununla qadın futbolunun idarəçiliyində yeni bir mərhələnin başlanması siqnalını vermiş olub. Burada isə əsas diqqətlər departamentin rəhbəri Əminə Həsənovaya yönəlir.

İllərdir AFFA-da qadın futbolunun başbiləni olan Əminə xanımın fəaliyyəti rəhbərliyi narazı salıb. Qadın liqalarının təşkilində departamentin fəaliyyəti qadın futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Siyasət Əsgərovun da ürəyincə deyil.

Beləliklə, uzun müddətdən sonra Əminə Həsənova kreslosunu təhvil verəcək.

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər