Xəbər lentiwidget-title-icon

Azərbaycanda voleybol klubunun adı dəyişdirilib
"Turan" CEV Çempionlar Liqasında mübarizəyə start verir
"Araz-Naxçıvan"ın futbolçusu miliyə çağırıldı
UÇL: “Qalatasaray” bu gün “Sportinq”lə qarşılaşacaq
9 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları"nda 10-cu tur start götürüb - NƏTİCƏLƏR
Mahir Emrelinin komandasında yeni baş məşqçi
Zubirin Ərəbistan klubuna transferində problem yarandı
Fərid Qayıbov Filip Judanı qəbul edib
Braziliyalı hücumçu "Sabah"da
Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edir
Azərbaycan atleti dünya çempionu olub
Azərbaycan idmançıları üçün Belarus sınağı
Niderland klubunda ciddi itki
ÇL: "Real" "İnter"ə, "Mançester Siti" "Portu"ya qalib gəldi
Koreyalı futbolçu Azərbaycan klubunda - RƏSMİ
İkinci Liqa: “Kür-Araz”la “Hypers”dən darmadağın
Kifayət Mustafayevaya UEFA-dan təyinat
2-ci liqada 2 turun təqvimi açıqlanıb
"Sabah"da növbəti ayrılıq - RƏSMİ
Azərbaycan badmintonçusu beynəlxalq turnirin qalibi olub
Azərbaycan konkurçusu Belçikada 2-ci olub
“Qəbələ” futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
"Sabah"la oyun öncəsi "Mançester Yunayted"də itki
Daha bir futbolçu karyerasını bitirib

SON DƏQİQƏ! AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi: Hansı qərarlar qəbul olundu?

Bu gün SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Pressing.az
xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 2025-2026-cı illər mövsümü üçün Premyer Liqaya yüksəlməyə namizəd olan klubların infrastrukturu, maddi-texniki bazası, stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.

AFFA İcraiyyə Komitəsi tərəfindən 2025-2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:

Elxan Abdullayev - Azərbaycan U-19
İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüd)
Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüd)
Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

İcraiyyə Komitəsi AFFA-nın növbəti Hesabat Konfransının tarixini də müəyyənləşdirib. AFFA-nın növbəti Hesabat Konfransı 11 aprel 2025-ci il tarixində keçiriləcək.

Bundan başqa, iclasda Elçin Məmmədovun öz istəyi ilə AFFA İntizam Komitəsindən ayrılması təsdiqlənib.

Oxşar xəbərlər

Bütün xəbərlər