Xəbər lentiwidget-title-icon

Azərbaycan yığması Andorranı məğlub etdi
Emin Mahmudova xüsusi hədiyyə təqdim edilib
Andorra - Azərbaycan matçı üçün HEYƏTLƏR
"Qaradağ Lökbatan"dan darmadağın - VİDEO
AGF ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb
Cahangir Fərəcullayev: “Biz dibə düşmüşük, indi yuxarı qalxmalıyıq”
İlham Əliyev Gənclər və İdman Nazirliyinə 1 milyon manat – SƏRƏNCAM
Premyer Liqa klubunda yeni baş məşqçi
"Neftçi" veteranlarını unutmadı
Sabiq "Qarabağ"lı Tayland klubunda - RƏSMİ
16 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Kəpəz” – “Qarabağ” oyununun biletləri satışda
“Şahdağ Qusar”ın taktiki portreti: Fizuli Məmmədovun uğur mexanizmi necə işləyir? – YAZI
Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib
Azərbaycan yığması Andorraya qarşı
“Kür” Avropa Kubokunda mübarizəni dayandırıb
Haalanddan rekord
1-ci Liqada həftənin hakimləri məlum olub
“Qarabağ”ın legioneri millidə qol ötürməsi edib
Azərbaycan cüdoçusu Zaqrebdə çempion olub
ML: İngiltərə İspaniyaya, Fransa Türkiyəyə, Belçika İtaliyaya qalib gəldi
Ayxan Abbasov: "Maksimum nəticə əldə etməyə çalışacağıq"
Ammar Baxşalıyevdən dünya çempionatında bürünc medal
Azərbaycanın U-20 millisi 2 yoxlama matçı keçirəcək
Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşdi

"Azərbaycan çempionatı Portuqaliya ilə eyni dərəcədə cəlbedici liqadır"

Misli Premyer Liqasının VIII turunda “Zirə”ni qəbul edən “Araz-Naxçıvan” minimalhesablı qələbə qazanmaqla həm xal ehtiyatını artırmış oldu, həm də turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaqla liderlə xal fərqini 3-ə endirdi.

Pressing.az
xəbər verir ki, matçın taleyini həll edən yeganə qolun müəllifi Nuno Rodriqes Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinə müsahibə verib:

- “Zirə” ilə oyundan sonra özünü necə hiss edirsən?

- Açığı, oyun çox gərgin keçdi. Bunu gözləyirdik. Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığımızı da buna uyğun görmüşdük. Bu komandanın oyun üslubu da fərqli idi. Bizə isə yaxşı oynamağımıza rəğmən yenildiyimiz “Səbail”lə matçdan sonar mütləq qələbə qazanmaq lazımdı. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq. İqorun qırmızı almasına üzüldüm.

- Özünü oyunun qəhrəmanı hesab edirsən?

- Elə deməzdim. Futbol komanda oyunudur və biz kollektiv olaraq bu qələbəni qazandıq. Qolu mən vurdum, amma ona qədər gör neçə futbolçumuz əziyyət çəkdi. Abdulla cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox, xoşbəxtəm, çünki komandamın qələbə qazanmasına kömək edə bildim, liqada ilk qolumu vurdum. Komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz.

- Birinci dövrənin yekunlaşmasına cəmi bir tur qalıb. “Araz-Naxçıvan”ın çıxışını necə dəyərləndirirsən?

- Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən onları sadalamaq istəmirəm. Bu günə qədər baş verənləri analiz etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır.

- Dövrəyə “Sabah”la matçla yekun vurulacaq. Ötən mövsümün gümüş medalçısı ilə görüşdən gözləntin nədir?

- İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi, bu dəfə də 3 xal qazanmaq üçün səfərə çıxacağıq. İstəyirik dövrəni major notlarla yekunlaşdıraq və milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə müsbət əhvalla yollanaq.

- Premyer Liqa haqda nə deyə bilərsən? Gözlədiyindən daha maraqlı keçir, yoxsa təxmin etdiyin kimi davam edir?

- Misli Premyer Liqasının öz özəlliyi var. Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici bir liqadır. Sadəcə,buradakı komandaların oyun üslubu başqadır.

Oxşar xəbərlər

Bütün xəbərlər