Xəbər lentiwidget-title-icon

Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR

"Zirə"nin kapitanı: "Milli komanda üçün hər şey etməyə hazıram"

"Zirə"nin kapitanı Qismət Alıyev Premyer Liqanın 9-cu turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra Pressing.az saytına müsahibə verib:

- Bilirdik ki, "Turan Tovuz" səfərdə yaxşı oyun nümayiş etdirir. Bu komanda standart vəziyyətlərdə çox təhlükəlidir. Demək olar ki, bütün qolları bu cür epizodlardan vurublar. Biz də oyuna yaxşı hazırlaşmışdıq. Pis başlamadıq, ilk qolu biz vurduq. Bərabərlik qolunu öz səhvimizdən buraxdıq. Şükürlər olsun ki, ikinci qolu vurub qələbə qazandıq.

- Buraxılan qolda nə dərəcədə səhvin olduğunu düşünürsən? Daha sonra qol vuraraq səhvini düzəltdin...

- Bir az çətin epizod idi. Fikirləşmirdim ki, top keçər. Bəxtimdən top rəqib oyunçuya düşdü. Mənim qol vurmağım çox da vacib deyildi. Kim vursaydı da, qələbə qazanırdıq. Vacib olan budur.

- Ötən ayın ən yaxşı qolu komanda yoldaşın Məqsədin vurduğu seçildi. Düşünmürsən ki, bu dəfə sənin qolun seçilər?

- Ayın qolu seçilməyi heç ağlımdan da keçirmirəm. Həmin epizodda fikrim sırf qapıya zərbə vurmaq idi.

- Məqsədə qol ötürməsini sən vermişdin. Mükafatı böləcəksiniz?

- Bir gün əvvəl Məqsəd bilirdi ki, onun qolu ayın ən yaxşısı seçiləcək. Mənə zarafatla deyirdi ki, istədiyin məbləği denən həll edərik.

- "Zirə" ilk dövrəni lider başa vurdu. Bunu gözləyirdiz?

- Avrokuboklarda iştirak etmirdik deyə bizdə fasilə çox oldu. Buna görə də təlim-məşq toplanışında vaxtımız çox idi. Keçən ilki oyunları, səhvləri təhlil etdik. Buna görə də çempionata yaxşı başladıq. Yavaş-yavaş bütün komandalar bir-birini tanımağa başlayır. İlk 4-5 turda bizim oyun stilimizi tuta bilmirdilərsə, artıq turlar keçdikcə bizi təhlil edirlər. 9 turdan sonra liderlik bizim üçün elə də böyük nəticə deyil. Elə oyunlar olub ki, məğlubiyyət düşünmürdük. Qarşıda milli fasilə gəlir. Ondan sonra "Kəpəz"lə matçımız var.

- Millidən dəvət gözləyirsən?

- Hələ millinin heyəti bilinmir. Çağırsalar, gedib canla-başla oynayacam. Milli komanda üçün hər şey etməyə hazıram.

- 3 qolla komandanın bombardirisən. Öz performansını necə dəyərləndirirsən?

- Bəlkə də nəsə deməyim düz deyil. Bəli, indiyə qədər karyeramda belə hal olmayıb. Qol vurmağım özüm üçün o qədər də vacib deyil. Əsas həmin qolların komandaya faydasının dəyməsidir. Bundan sonra da ən yaxşısını etməyə çalışacağam.

Elsəvər Muradzadə

Oxşar xəbərlər

Bütün xəbərlər