"Hapoel"in baş məşqçisi: "Sabah"ın təhlükəli futbolçuları var"
"Hazırlığımız hər oyun öncəsi olduğu kimi keçib. İlk matçdan sonra rəqibi daha dərindən analiz etdik. "Sabah"la bağlı kifayət qədər araşdırma aparmışıq. Heyətdəki bütün futbolçularımız oyuna hazırdır".
Pressing.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Sabah"la qarşılaşacaq "Hapoel" (Beer-Şeva) klubunun baş məşqçisi Ran Kojak bu gün baş tutan mətbuat konfransında deyib. O, "Sabah"ın heyətində güclü oyunçular odluğunu etiraf edib:
"Sabah"da ehtiyat etdiyimiz birdən çox futbolçu var. Öz futbolumuzu onlara qəbul etdirməyə və üstün olduğumuz məqamlarda rəqibi dayandırmağa çalışacağıq. Onların bu səviyyəyə uyğun, keyfiyyətli oyunçuları var və onları zərərsizləşdirməliyik".
Baş məşqçi ilk oyundakı bəzi təhlükəli məqamlardan nəticə çıxardıqlarını bildirib:
"Əvvəlki matçın mühüm hissələrində üstün tərəf biz idik. Amma "Sabah"ın çox təhlükəli olduğu anları da yaxşı bilirik və bu məqamlara xüsusi diqqət yetirməliyik. Evdə oynamaq "Sabah" üçün üstünlükdür və biz bunun öhdəsindən gəlməliyik. Hər oyunda səhvlər olur, bizim məqsədimiz isə onları minimuma endirməkdir".
İsrailli mütəxəssis komandasının əsas hədəfinin Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək olduğunu qeyd edib:
"Bütün enerjimizi bu oyundan uğurla keçməyə və Çempionlar Liqasının bir hissəsi olmağa sərf edirik. Artıq hər cür çətinliyin öhdəsindən gələ biləcəyimizi sübut etmişik. Böyük uğura imza atmağa çalışacağıq".
Xatırladaq ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.