Xəbər lentiwidget-title-icon

Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Rieranın yeni iş yeri
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib
"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları məlum olub
Təsnifat mərhələsində ən çox qələbəni qazanan "Sabah"dır
ABŞ-li oyunçu "Sabah"da - RƏSMİ
Gürcüstanlı futbolçu İspaniya klubunda - RƏSMİ
“Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
14 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
Azərbaycan millisinin basketbolçusu “Neftçi”də
"Fənərbağça"da ayrılıq
MPL start götürür: "Turan Tovuz" "Qəbələ"yə qarşı
Azərbaycan paracüdoçuları üçün Almaniya sınağı
"Dinamo"nun futbolçusu: "Məğlubiyyətə layiq olduğumuzu düşünmürəm" – AÇIQLAMA
Azərbaycanda ilk dəfə çimərlik güləşi dünya çempionatı keçiriləcək
İspaniyada bu oyun təxirə salınıb
Mahir Emrelinin komandası növbəti mərhələdə

Emin Mahmudov: "İstəmərəm azarkeşlər məndən küssünlər, amma mövsümün sonu..." - MÜSAHİBƏ

"Neftçi" klubunun kapitanı Emin Mahmudov dünən Azərbaycan Kubokunun yarımfınal mərhələsinin cavab oyunları çərçivəsində "Turan Tovuz"a qalib gəldikləri matçdan (2:0, ilk oyun - 0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az
-ın əməkdaşının da iştirak etdiyi müsahibəni sizə təqdim edirik:

- Öncə oyunla bağlı təsüratlarını öyrənək...

- Çox xoşbəxtik, nəhayət finaldayıq. Bu qələbə bizim üçün çox vacib idi. Çünki uzun illərdi “Neftçi” final oynamırdı. Ona görə də əsas fikrimiz qalib gəlmək idi.

-Rəqib çox ciddi müqavimət göstərirdi. Oyunun gedişində inamsızlıq yaranmırdı ki?

- Əslində oyuna yaxşı başladıq. Birinci hissə xeyli qol epizodlarımız oldu. Ancaq yararlana bilmədik. Bununla belə inanırdıq ki, qələbə qazana bilərik.

- Top 2 dəfə tirə dəydi, 2 dəfə də VAR qolunuzu ləğv etdi. Bunlar sizi gərginləşdirirdi?

- Əlbəttə, çətin idi. Məncə, qeydə olunmayan birinci qolda oyundan kənar vəziyyəti müzakirə etmək yersizdir. Ancaq sayılmayan ikinci qolda qayda pozuntusu yox idi. Hakimlə mübahisə etməyə vaxtımız yox idi. Fikrimizi yayındırmaq istəmirdik. Bizə dayanmamaq və epizod yaratmaq lazım idi.

- Qolu cərimə zərbəsindən vurdun. Həmin anda hansı hissləri keçirirdin?

- Cərimə zərbələrim bəzən pis alınmır. Xeyli vaxtı bu mövqedən cərimə zərbəsi olmamışdı. Fikirləşdim ki, baxım nə edirəm, uzun müddətdir vurmuram (gülür). Şadam ki, son anda belə qolla komandama kömək edə bildim.

-Yəqin ki, ikinci qolun vurulacağını gözləmirdiniz...

- Məncə, ikinci qolu xarakterlə, mübarizə apararaq vurduq. Son saniyələrdə bizə inam gəldi ki, oyunun taleyini elə əsas vaxtda həll edə bilərik. Yeqor Boqomolski oyuna çox yaxşı qoşuldu. “Zirə” ilə görüşdə olduğu kimi bu dəfə də komandaya kömək etdi. Kenni də sona qədər mübarizə aparıb lazımı qolu vurdu.

- “Turan Tovuz”a ilk oyundan sonra gərginlik var idi. Azarkeşlər və futbol ictimaiyyəti “Neftçi”ni tənqid edirdi...

- Məncə, hər şey normaldır. “Neftçi”də oynayırsansa, bunlara hazır olmalısan. Hər oyun qələbə qazanmaq barədə fikirləşməlisən. Tənqidlər normaldır, çünki çempionatda üçüncüyük. Biz də bunu gözləmirdik. Bu yer “Neftçi”yə layiq deyil. Çalışmalıq ki, daha yaxşı yerlərdə olaq. Azarkeşlərin təzyiqi də normaldır. Finala çıxdıq, çalışacağıq ki, həmin oyunda onları qələbə ilə sevindirək.

- Finalla bağlı düşüncələrin necədir? Hansı komandaya rəqib olmaq istəyirsən?

- Finalda məqsədimiz ancaq və ancaq qələbədir. Kuboku qazanmalıyıq. “Səbail” də, “Qəbələ” də yaxşı komandadır. Məncə, “Qəbələ” biraz üstündür. Çünki birinci oyunu yaxşı oynadılar, həm də son vaxtlar formadadılar. Ancaq “Səbail” evində, süni örtükdə rəqibinə biraz çətinlik yara bilər.

- Qışdan bəri müqavilə məsələsi müzakirə olunur. Vəziyyət hazırda nə yerdədir? Qərar vermisən, yoxsa mövsümün sonun gözləyirsən?

- İndi bütün diqqətim oyunlara yönəlib. Mövsümün sonunda bu barədə fikirləşəcəm.

- 6 ildir “Neftçi”dəsən. Azarkeşlər səni sevir. Məsələnin mənəvi olduğu qədər, maddi tərəfləri də var...

- Maddiyatla bağlı heç bir məsələ yoxdur. “Neftçi” ilə danışıqlar çox rahat keçir. Maddi məsələ öndə deyil. Bu barədə heç vaxt önəmli olmayıb. Ancaq gələcəyimlə bağlı fikirlərim nəyisə dəyişə bilər. İndiki halda nə olacağını dəqiqliklə deyə bilmərəm.

- Gedəcəyin halda, azarkeşlərin səndən inciyəcəyini düşünmüsən?

- Çox şadam ki, məni sevirlər. Onlar üçün əlimdən gələni edirəm. Məncə, qollarıma görə yox, elə buna görə sevirlər. İstəmərəm azarkeşlər məndən küssünlər. Amma mövsümün sonu bilmirəm necə olacaq. Deyə bilmərəm gedəcəm, yoxsa qalacam.

- Həm "Neftçi"də, həm də milli komandada kapitanlıq sarğısı daşıyırsan. Kapitanlıq sənin üçün ağır yükdür?

- Əlbəttə, kapitanlıq sarğısı, bunun məsuliyyətini daşımaq ağırdır. Daşımalısan. Çünki komanda uğursuzluğa düçar olanda, ilk olaraq kapitan sorğulanır. Bu da normaldır. Mən belə durumlarda heç vaxt gizlənmirəm. Hər şeyin yaxşı olması üçün çalışırıq.

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Rieranın yeni iş yeri
"Turan Tovuz" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - AÇIQLAMA
"Araz-Naxçıvan"da iki yeni futbolçu
"Səbail" üçün başqa rəqib
"Sea Breeze"də yarışacaq basketbol komandalarının adları məlum olub
Təsnifat mərhələsində ən çox qələbəni qazanan "Sabah"dır
ABŞ-li oyunçu "Sabah"da - RƏSMİ
Gürcüstanlı futbolçu İspaniya klubunda - RƏSMİ
“Qarabağ” – “Tvente” oyununun hakimləri açıqlanıb
14 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
Azərbaycan millisinin basketbolçusu “Neftçi”də
"Fənərbağça"da ayrılıq
MPL start götürür: "Turan Tovuz" "Qəbələ"yə qarşı