Xəbər lentiwidget-title-icon

"Mənim üçün rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur"
"Məğlubiyyətə layiq deyildik" - "Qəbələ"nin məşqçisi
"Neftçi" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
Ulraynalı futbolçu "Turan Tovuz"da
Zubir: "Hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq" – AÇIQLAMA
"Neftçi" - "Qəbələ" matçı üçün HEYƏTLƏR
"Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə verilməli idi" - Ayxan Abbasov
Qurban Qurbanov: "Futbolçulara elə yerlərdən təkliflər gəlir ki..."
Qurban Qurbanov meydanı qardan təmizlədi - VİDEO
SON DƏQİQƏ! “Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
“Neftçi” braziliyalı futbolçunun transferini rəsmən açıqlayıb
Qarlı Şamaxıda heyətlər açıqlandı
10 fevral: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Fənərbağça"dan rahat qələbə - VİDEO
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı verilib
"Qarabağ" Şamaxı səfərində, "Neftçi" "Qəbələ"ni qəbul edir
"Qalatasaray"ın yetirməsi "Zirə"də
"Neftçi"də itkilər
"Turan Tovuz" "Karvan Yevlax"a belə qalib gəldi - VİDEO
Qurban Qurbanov qızına toy edib – VİDEO
"Turan Tovuz"dan qələbə, Qubada "sülh" - YENİLƏNİB
Jorj Kaşkilya: “Nəticə qənaətbəxşdir”
"Turan Tovuz" - "Karvan-Yevlax" matçı üçün HEYƏTLƏR
"Heç kim istəməzdi ki, belə hadisə olsun"
Qurban Qurbanov üçün əlamətdar gün – Digər övladına toy edir

"Turan Tovuz"un futbolçusu: "Ən azından uduzmuruq" – MÜSAHİBƏ

Misli Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Turan Tovuz" – "Neftçi" oyunundan (0:0) sonra meydan sahiblərinin yarımmüdafiəçisi Xəyal Nəcəfov Pressing.az-ın suallarını cavablandırıb.

– İlk olaraq oyunla bağlı fikirlərini bölüşərdin.

– Matçın çətin keçəcəyini bilirdik. "Neftçi" ötən tur "İmişli"yə məğlub olmuşdu və bu qarşılaşmaya yaxşı nəticə qazanmaq üçün çıxdığını dərk edirdik. Biz də matça qələbə qazanmaq üçün çıxmışdıq. 3 xal qazanaraq turnir cədvəlindəki yerimizi daha da yaxşılaşdıra bilərdik. Şükürlər olsun ki, məğlub olmadıq. Bir xal da bir xaldır.

– Ardıcıl üç oyundur ki, qələbə qazana bilmirsiz. Problem nədədir?

– Problem deməzdim. Ən azından uduzmuruq. Məğlub olsaydıq, bu bizim üçün problem sayıla bilərdi. Düzdür, son oyunlarda qələbə qazana bilmirik, amma qarşıdakı matçlarda qalibiyyətlər əldə etmək istəyirik. İndi qazandığımız bir xal və ondan əvvəlkilər də mövsümün sonunda bizim üçün çox vacib olacaq.

– Meydançanın durumu haqda nə deyə bilərsən? Oyun zamanı da gördük ki, ot örtüyündə müəyyən deformasiyalar oldu.

– Meydança problemindən danışmaq istəməzdim. Çünki "Neftçi" də bizim kimi bu cür ot örtüyündə oynayır.

– Məlum olduğu kimi, Samir Abasov "Neftçi"dən göndərilib. Baş məşqçisiz "Neftçi" bu gün sizi nə ilə təəccübləndirdi?

– "Neftçi" həmişə "Neftçi"dir, böyük klubdur. Hər zaman çempionluğa namizəddir. Deyərdim ki, bu gün məşqçi yox idi deyə, daha rahat çıxmışdılar meydana. Bundan sonra gələcək baş məşqçi də komandanın oyunlarını izləyib gələcək. Bu səbəbdən özlərini daha yaxşı, daha həvəsli göstərməyə çalışdılar. Məncə, bu məqamda oynamaq daha çətindir, nəinki komandanın başında baş məşqçi olanda...

– "Turan Tovuz" bu cür sönük oyunla bu mövsüm çempionluğa ümid edə bilər, səncə?

– Buna sönük oyun deməzdim. Bu gün 100 faizlik qol epizodlarımız oldu. Tək bugünkü matçda yox, bundan əvvəlki oyunlarımızda da belə olub. Buna görə oyunumuzu sönük adlandırmazdım.

– Bu cür vacib matçda tribunalar tam dolmamışdı. Bu, oyununuza necə təsir etdi?

– Bu gün beşinci gündür, insanların işdən çıxan vaxtıdır. Tovuz elə bir yerdir ki, burada insanlar ailəvi şəkildə matç izləməyə gəlirlər, hər zaman maraq var. Məncə, səbəb iş günü olmasıyla bağlıdır.

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər