Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

Yusif Nəbiyev: "Şahin Diniyev elə deyibsə, deməli, elədir" - AÇIQLAMA

"Səbail" ötən gün Azərbaycan Premyer Liqasının 17-ci turunda doğma divarlar arasında "Qəbələ"nin qapısından üç cavabsız top keçirib.

"Dənizçilər"in sol cinah müdafiəçisi Yusif Nəbiyev matçdan sonra Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Oyunla bağlı fikirlərini bölüşərdin...

- Matça ciddi hazırlaşmışdıq. Turnir cədvəlindəki mövqeyinə baxmayaraq, "Qəbələ" çox yaxşı komandadır, heyətində keyfiyyətli futbolçular var. Özümüzə gəldikdə, oyun istədiyimiz kimi alındı. Qələbə qazandığımız üçün sevincliyik. Bu münasibətlə azarkeşlərimizi, komanda yoldaşlarımı, klub rəhbərliyini təbrik edirəm.

- "Sabah"a ötən turdakı böyükhesablı məğlubiyyətdən (0:4) sonra toparlanmaq çətin olmadı ki?

- "Sabah"la matç gözləmədiyimiz formada keçdi. Bilirdik ki, rəqib güclü kollektivdir, lakin meydanda istədiyimiz heç bir şey alınmadı. Nəticədə böyük hesabla məğlub olduq. Amma şükürlər olsun ki, tezliklə toparlandıq və bugünkü görüşdən qələbə ilə ayrıldıq.

- Şahin Diniyev mətbuat konfransında bildirdi ki, "kimsə öncədən desəydi ki, "Qəbələ"yə bu hesabla qalib gələcəyik, buna inanmazdım". Bəs sən "qırmızı-qaralar"a böyük hesabla qalib gələcəyinizi gözləyirdin?

- Şahin müəllim elə deyibsə, deməli, elədir (gülür).

- 18-ci turda "Sumqayıt" səfərinə yollanacaqsız. Bu oyundan gözləntin nədir?

- Ağır oyun olacaq. "Sumqayıt" son vaxtlar əla formada olan komandalardan biridir. Bu matça da 3 xal qazanmaq üçün çıxacağıq. Bu qarşılaşmaya da ciddi hazırlaşmalıyıq. Hər şeyi oyun göstərəcək.

Daşqın Əziz

Oxşar xəbərlər