Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Əlimizi yanımıza salmamalıyıq" - Urfan Abbasov

"Ağır oyun olacağını bilirdik. Ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanmaq istəyirdik. Əlimizdən gələni etdik. İlk 15 dəqiqədə buraxdığımız iki qoldan sonra toparlanmaq bir az çətin oldu. Amma komanda özündə güc tapdı. 15-ci dəqiqədən sonra oyunda biz dominantlıq etdik, təhlükəli epizodlar yaratdıq. Təəssüf ki, həmin fürsətlərin yalnız birindən istifadə edə bildik. Əlimizi yanımıza salmamalıyıq, hələ qarşıda oyunlar var. Hazırlaşmalıyıq. Yaxşı nəticələr qazanmaq istəyirik".

Bu sözləri Pressing.az-a müsahibəsində "Qəbələ"nin sol cinah müdafiəçisi Urfan Abbasov deyib. 30 yaşlı futbolçu Premyer Liqanın üçüncü turunda doğma meydanda "Sumqayıt"a uduzduqları matçdan (1:2) sonra əməkdaşımızın suallarını cavablandırıb.

- İlk dəqiqələrdə oyununuzun alınmamasının səbəbi nə idi?

- Bəlkə də yaxşı köklənmişdik. Qollardan sonra ayıldıq.

- Əvvəlki oyunlardakı məğlubiyyətin psixoloji basqısı var?

- Bir az. Məğlubiyyətlərdən sonra istər-istəməz stress, ruh düşkünlüyü yaranır. Həftə ərzində çalışırdıq ki, komandanın motivasiyasını qaldıraq. Təəssüflər olsun ki, yaxşı oynamağımıza baxmayaraq, məğlub olduq. Qarşıdakı matçlar köklənəcəyik.

- Qarşıda "Neftçi" ilə səfər oyunu var. Həmin matçdan gözləntin nədir?

- Çempionatda zəif rəqib yoxdur. Bütün komandalar öz güclərini göstərir. Çalışacağıq ki, toparlanaq.

Elsevər Muradzadə, Bakı-Qəbələ-bakı

Oxşar xəbərlər