Xəbər lentiwidget-title-icon

"KuPS" - "Sabah" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
İtaliya millisi yenə ona ehtiyac duydu
"Siti"dən Qvardiol qərarı
"Araz-Naxçıvan" Qəbələdə oynayacaq
AGF-dən 3 ölkənin güləş federasiyası ilə ikitərəfli anlaşma memorandumu
“Murov Az Terminal”da yeni müqavilə
DÇ: Hüseynli erməni rəqibini məğlub etdi, yarımfinala yüksəldi
Fransa millisi Zidana həvalə olundu - RƏSMİ
İtaliya nəhəngindən yeni transfer
"Qarabağ"ın rəqibindən qələbə
“LANDAU Lions” Azərbaycan millisinin üzvünü transfer edib
28 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA fiziki performansın qiymətləndirilməsi üzrə vebinar təşkil edib
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
Əvəzedicilər Əvəzedicilər Liqasında 2026/2027 mövsümünün TƏQVİMİ
"Zaqatala"dan "Xankəndi"yə - RƏSMİ
Yığmamızın yeni məşqçiləri valideynlərə təqdim olunub
"Qəbələ"dən ayrılan Ovusu Avropada
"Turan"da yaponiyalı oyunçu
Valdas Dambrauskas: "Çempionlar Liqasında səfərdə keçirilən heç bir oyun asan olmur"
Bakıda güləş üzrə dünya çempionatının açılış mərasimi keçirilib
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
Azərbaycan çempionatlarında püşkatmaların tarixləri məlum olub

Şahin Diniyev: "Premyer Liqaya layiq oyun idi"

"Çətin oyun idi. "Qəbələ" ilə görüşü də saysaq, hamısı finala bərabərdir. Maksimum konsentrasiya olub, xallar qazanmaq niyyətindəyik. Premyer Liqadan düşmək istəmirik. Ona görə də, komanda bu gün vuruşdu. Qələbədən də başqa, komandanın göstərdiyi samballı oyun idi. Düşünülmüş, dominant oyun oynadıq. Buraxdığımız qol bizi "sındırdı". Amma xarakter göstərdik. Komanda sürəti azaltmadı, təzyiqi daha da çoxaltdı. Bunun da nəticəsi kimi qələbə qazandıq. Uşaqları təbrik edirəm. Ən yaxşı oyunlarımızdan birini oynaya bildik. "Sumqayıt"a da təşəkkür edirəm, yaxşı oyun alındı. Premyer Liqaya layiq oyun idi, qarşılıqlı hücumlar şəraitində keçdi. Oyun keyfiyyəti var idi. Fikirləşirdik ki, ilk yarıda mübarizə aparaq. İkinci yarıda isə sürətli, texnikalı futbolçuları meydana buraxaraq oyunun taleyini həll etmək istəyirdik. Əvəzetmələr özünü doğrultdu. Ondan qabaq qolumuzu vurmuşduq. Amma əvəzetmələr oyunun sürətini, keyfiyyətini daha da artırdı. Bugünkü qələbəyə görə çox şadam".

Pressing.az
xəbər verir ki, bu sözləri "Səbail" klubunun baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 33-cü turunun "Sumqayıt"la görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Diniyev jurnalistlərin suallarını cavablandırıb.

- Bugünkü qələbə xal baxımından daha önəmliydi, yoxsa motivasiya?

- Hər ikisi. Motivasiya xala bağlıdır. Xal olmasa, motivasiya da olmayacaq. Bu gün xarakter göstərdik. Komanda çətin vəziyyətdən çıxmaq üçün özündə gücdə tapdı. Hər dəfə onlara deyirəm ki, bacarırsınız. "Zirə", "Neftçi", "Sabah", "Turan Tovuz", "Qəbələ"yə qarşı keyfiyyətli oyunlarımız olub. Komanda keyfiyyətli oyun göstərə bilir, sadəcə onu nəticəyə çevirə bilmirdik. Fasilədən sonra paltardəyişmə otağında komandanın ruhunu gördüm. İnam yarandı ki, fasilədən sonra geridönüş edə bilərik. Onu da bacardıq. Psixoloji baxımdan çox vacib qələbədir. Motivasiyanın arxasında üç xal dayanıb. Sonuncu pillədən qurtulmağımız motivasiyadır.

- Premyer Liqada qalmaq baxımından qarşıdakı oyunların hansı həlledici olacaq?

- Hər üç oyun bizim üçün çox vacibdir. Çox istəyirdik ki, hər şey son turdakı "Şamaxı" oyununa qalmasın. "Qarabağ" çox güclü komandadır. Amma bizim də itirəcəyimiz bir şey yoxdur. Qabağa atılmalı və nəyimiz varsa, meydanda qoymalıyıq. Demirəm ki, "Qarabağ"ı udacağıq. Mübarizə aparacağıq, necə alınacağını görəcəyik. Çox çalışacağıq ki, hər şeyi son tura saxlamayaq. Çünki son oyun lotoreya kimi olacaq. Hər şey ola bilər, təsadüf də. Qalan üç oyunda maksimum nəticə istəyirik.

- Aparıcı oyunçuları ikinci hissədə meydana daxil etdiniz. Bu, əvvəlcədən planlaşdırılmışdı?

- Biz düşünürük. Onu həyata keçirən, icra edən futbolçular var. Bunu etməyəndə, alınmır. Amma bu gün alındı. "Sumqayıt"ın oyunlarını dünən gecəyə qədər analiz etmişəm. Baxırdım ki, sanki axırlarda bu komandada durğunluq var. Deməzdim ki, fiziki durum aşağıdır, xeyr. Birinci hissədə, 70-ci dəqiqəyə qədər sürətli, dinamik futbol nümayiş etdirirlər. Amma bəzi oyunlarda sonradan qopurlar. Mənim də düşüncəm belə idi ki, sonradan meydana sürətli, keyfiyyətli, oyunu öz üzərinə götürə bilən futbolçuları buraxım. Bu dəfə alındı. Belə deyim var, "məşqçi düşünür, futbolçu yerinə yetirir". Əgər futbolçular düşünsəydi, məşqçi lazım olmazdı. Yəni biz düşünürük, nə qədər alınması, futbolçulardan asılıdır.

Oxşar xəbərlər


Bütün xəbərlər

"KuPS" - "Sabah" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
İtaliya millisi yenə ona ehtiyac duydu
"Siti"dən Qvardiol qərarı
"Araz-Naxçıvan" Qəbələdə oynayacaq
AGF-dən 3 ölkənin güləş federasiyası ilə ikitərəfli anlaşma memorandumu
“Murov Az Terminal”da yeni müqavilə
DÇ: Hüseynli erməni rəqibini məğlub etdi, yarımfinala yüksəldi
Fransa millisi Zidana həvalə olundu - RƏSMİ
İtaliya nəhəngindən yeni transfer
"Qarabağ"ın rəqibindən qələbə
“LANDAU Lions” Azərbaycan millisinin üzvünü transfer edib
28 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA fiziki performansın qiymətləndirilməsi üzrə vebinar təşkil edib
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
Əvəzedicilər Əvəzedicilər Liqasında 2026/2027 mövsümünün TƏQVİMİ
"Zaqatala"dan "Xankəndi"yə - RƏSMİ
Yığmamızın yeni məşqçiləri valideynlərə təqdim olunub
"Qəbələ"dən ayrılan Ovusu Avropada