Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

"Sumqayıt"ın futbolçusu: "3 xal bizim üçün 6 xala bərabərdir" – AÇIQLAMA

"Sumqayıt" klubu Misli Premyer Liqasının 25-ci turunda "Səbail" səfərindən 3 xalla ayrılıb.

Minimal hesabla bitən matçda (0:1) "Gənclik şəhəri" təmsilçisinin qolunu 90+7-ci dəqidədə penalti zərbəsini dəqiq yerinə yetirən Terrens Tisdel vurub.

"Sumqayıt"ın mərkəz yarımmüdafiəçisi Səbuhi Abdullazadə oyunla bağlı fikirlərini Pressing.az-la bölüşüb. 21 yaşlı futbolçu bu qələbənin onlar üçün çox vacib olduğunu bildirib:

"Səbail"lə oyuna ciddi hazırlaşmışdıq. Qələbənin bizim üçün nə qədər önəmli olduğunu bilirdik və yekunda da istəyimizə nail olduq. Bu nəticəyə çox ehtiyacımız vardı. Qazandığımız 3 xal bizim üçün 6 xala bərabərdir. Ümid edirəm ki, oyundan-oyuna daha da artıracağıq. Qarşıdakı matçlarda da qələbə qazanıb, azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran "kimyaçılar" turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

Pressing.az

Oxşar xəbərlər