Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Sumqayıt"ın yaponiyalısı: "Bunlar oyunumuza təsirsiz ötüşmədi, amma..." – AÇIQLAMA

Misli Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Şamaxı" – "Sumqayıt" matçından (1:2) sonra "Gənclik şəhəri" təmsilçisinin yaponiyalı yarımmüdafiəçisi Masaki Murata Pressing.az-ın suallarını cavablandırıb.

– Əvvəlcə oyunla bağlı fikirlərini bölüşərdin...

– Gördüyünüz kimi, ağır oyun idi. "Şamaxı" çox çətin rəqibdir, xüsusən də fərdi mübarizələrdə. "Qarabağ"a qarşı son oyunun ilk 20 dəqiqəsində yaxşı oynamamışdıq. Buna görə də bugünkü matçda ilk dəqiqələrdən yaxşı oynamağa çalışdıq. Uzaq yol, üstəgəl, süni meydança amili – bunlar oyunumuza təsirsiz ötüşmədi, çətinlik çəkdik. Ancaq sonda istəyimizə çatdıq və qələbə qazandıq. Buna görə xoşbəxtik. Komanda yoldaşlarımı təbrik edirəm.

– İkinci hissənin sonlarında nə baş verdi ki, bir neçə dəqiqə ərzində 2 qol vuraraq geridönüş etdiniz?

– Bu, komanda işidir. Son dəqiqələrdə oyuna daxil olan futbolçular öz xarakterlərini göstərdilər. Bir komanda olaraq çalışdıq və meydanda sona qədər vuruşduq. Həm də Sumqayıtdan xeyli azarkeş bizi dəstəkləmək üçün Şamaxıya gəlmişdi. Onların dəstəyini hiss etdik və bu bizə əlavə enerji, güc verdi. Buna görə də sona qədər oynaya bildik.

– Qarşıdan "Difai" ilə kubok matçı gəlir. Bu oyundan gözləntin nədir?

– Növbəti mərhələyə keçmək üçün bu da bizim üçün vacib oyundur. Açığı, rəqib haqda geniş məlumata malik deyiləm, amma oyun oyundur, fərqli bir şey yoxdur. Biz sadəcə öz oyunumuzu oynayıb qələbə qazanmalıyıq.

Daşqın Əziz

Oxşar xəbərlər