Sabirabaddan Alanyaya: "Marafon" İK-nın beynəlxalq sınağı
Oktyabrın 26-dan noyabrın 1-dək Türkiyənin Alanya şəhərində çimərlik futbolu üzrə klublararası “Alanya 2026 Dünya Qaliblər Kuboku” turniri keçiriləcək.
Pressing.az xəbər verir ki, turnirdə dünyanın beş qitəsini təmsil edən 32 ölkədən 48 komanda iştirak edəcək edəcək.
Oktyabrın 13-də turnirin təqdimat mərasimi keçirilib. Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələri və çimərlik futbolu ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mərasim zamanı yarışın miqyası, təşkilati məsələlər və turnirin Alanyanın beynəlxalq idman turizmi mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsindəki rolu barədə ətraflı məlumat verilib.
2019-cu ildən sonra ilk dəfə yenidən yarandığı şəhərə qayıdan turnir Alanyanı dünya çimərlik futbolunun diqqət mərkəzinə çevirəcək. Yarışda “Barselona”, “Marsel”, “Benfika”, “Flamenqo” və digər tanınmış klubların iştirakı turnirin rəqabət səviyyəsini və beynəlxalq əhəmiyyətini daha da artırır.
Azərbaycan təmsilçisi "Marafon" İdman Klubunun çimərlik futbolu komandası “Tourgood Travel” və “Redesign Luxury” şirkətlərinin dəstəyi ilə turnirdə iştirak edəcək. Sabirabad klubu nüfuzlu beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil etmək və güclü rəqiblər arasında uğurlu nəticə qazanmaq uğrunda mübarizə aparacaq.
Qarşılaşmalar Alanya Beynəlxalq Çimərlik İdman Mərkəzində təşkil olunacaq. Kişilər və qadınlar arasında keçiriləcək yarışlarda komandalar turnirin çempionluq titulu uğrunda mübarizə aparacaqlar.