Xəbər lentiwidget-title-icon

"Kollektiv olaraq fasiləyə ehtiyacımız var" - Qurban Qurbanov
Zaur Həşimov: "Daha güclü “Şəfa” görəcəyik"
"Qarabağ" və "Neftçi"dən qələbə - YENİLƏNİB
"Neftçi"dən Qəbələdə böyükhesablı qələbə - VİDEO
"Qarabağ" - "Şəfa" matçı üçün HEYƏTLƏR
"Karvan-Yevlax"da ayrılıq - RƏSMİ
"Qəbələ" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
“Neftçi”nin hücumçusu milliyə çağırılıb
“Gəncə” və “Neftçi” yoxlama matçı keçirəcək
“Naxçıvan” ABŞ-dən olan basketbolçunu heyətinə qatıb - RƏSMİ
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə edib
Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan boksçularından Avropa çempionatında 2 qələbə
Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti açıqlandı
"Beşiktaş" "Marsel"ə belə qalib gəldi - VİDEO
Azərbaycan yığmalarından növbəti qələbə
Azərbaycan yığmasında yeni baş məşqçi - RƏSMİ
Azərbaycan yığmasının seleksiya xarakterli toplanışı olacaq
“Turan Tovuz” – “Zirə” matçının hakimləri açıqlanıb
"Şahdağ Qusar"ın qələbəsi - VİDEO
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix məlumdur
"Beşiktaş" və "Yuventus"dan qələbə, "Seltik" uduzdu - NƏTİCƏLƏR
İspaniya Super Kuboku Türkiyədə!
Azərbaycan millisinin rəqibləri məlum olub

Qolf üzrə Azərbaycan Çempionatı və Ölkə Birinciliyi keçirilib – FOTOLAR

14 iyun 2026-cı il tarixində Quba şəhərində yerləşən Milli Azərbaycan Qolf Klubunda Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qolf üzrə Azərbaycan Çempionatı və Ölkə Birinciliyi 2026 keçirilmişdir.

Pressing.az xəbər verir ki, bu yarış Azərbaycan qolf tarixində əlamətdar hadisə olmaqla, yalnız Azərbaycan qolfçularının iştirakı ilə keçirilən ilk rəsmi ölkədaxili qolf çempionatı və ölkə birinciliyi kimi tarixə düşmüşdür. Turnirin əsas məqsədi ölkədə qolf idman növünün inkişafına töhfə vermək, yerli idmançıların peşəkar səviyyəsinin yüksəldilməsini təşviq etmək, sağlam rəqabət mühitini formalaşdırmaq və yeni istedadların üzə çıxarılmasına şərait yaratmaq olmuşdur.

Çempionatın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Açılış mərasimində çıxış edən Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov iştirakçıları salamlamış, onlara uğurlar arzulamış və yarışın ölkədə qolfun inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.

Yarışda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən qolfçular iştirak etmiş, yüksək idman ustalığı, peşəkarlıq və fair-play prinsiplərinə sadiqlik nümayiş etdirmişlər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnir iştirakçılar, qonaqlar və qolf həvəskarları tərəfindən böyük maraqla qarşılanmışdır.

Yarışın yekun nəticələrinə əsasən:

I yer – Gülnarə Əsədova
II yer – Emin Rzayev
III yer – Eldar Kərimov

Gülnarə Əsədova ümumi sıralamada birinci yerə layiq görülərək Azərbaycan qolf tarixində ölkə çempionu adına sahib olan ilk qadın qolfçu kimi tarixə düşmüşdür. Onun bu uğuru ölkədə qadınların idmanda iştirakının təşviqi və qolfun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Turnirdə göstərdiyi yüksək nəticələrə görə Gülnarə Əsədova Azərbaycan milli qolf komandasının heyətinə daxil edilmişdir. Bu qərar onun gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək potensialının yüksək qiymətləndirilməsinin göstəricisidir.

Xüsusi nominasiyalar üzrə qaliblər də mükafatlandırılmışdır:

Best Gross Winner – Emin Rzayev
Longest Drive Winner – Amir Kərimov
Nearest the Pin Winner – Emin Rzayev
Nearest the Pin Winner – Gülnarə Əsədova

Yarışın keçirilməsində göstərdikləri dəstəyə görə sponsorlar — Sarda Group, Electrify Azerbaijan, Azerbaijan Energy Automotive Factory, Azergold, Lexus Bakı və Milli Azərbaycan Qolf Klubuna təşəkkürümüzü bildiririk. Sponsorların dəstəyi yarışın yüksək təşkilati səviyyədə keçirilməsinə mühüm töhfə vermişdir.

Yarışın sonunda qaliblər və mükafatçılar kubok, medal və diplomlarla təltif olunmuşlar. İştirakçılar üçün xüsusi hədiyyələr Milli Azərbaycan Qolf Klubu və Lexus Bakı tərəfindən təqdim edilmiş, mükafatlar Azərbaycan Qolf Federasiyasının Baş katibi Arif Novruzov və Federasiyanın vitse-prezidenti Anar Əzimov tərəfindən qaliblərə təqdim olunmuşdur.

Azərbaycan Qolf Federasiyası ölkədə qolf idman növünün inkişafı, yeni idmançıların hazırlanması və beynəlxalq standartlara uyğun yarışların təşkili istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Qolf üzrə Azərbaycan Çempionatı və Ölkə Birinciliyi keçirilib





Oxşar xəbərlər


Bütün xəbərlər

"Kollektiv olaraq fasiləyə ehtiyacımız var" - Qurban Qurbanov
Zaur Həşimov: "Daha güclü “Şəfa” görəcəyik"
"Qarabağ" və "Neftçi"dən qələbə - YENİLƏNİB
"Neftçi"dən Qəbələdə böyükhesablı qələbə - VİDEO
"Qarabağ" - "Şəfa" matçı üçün HEYƏTLƏR
"Karvan-Yevlax"da ayrılıq - RƏSMİ
"Qəbələ" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
“Neftçi”nin hücumçusu milliyə çağırılıb
“Gəncə” və “Neftçi” yoxlama matçı keçirəcək
“Naxçıvan” ABŞ-dən olan basketbolçunu heyətinə qatıb - RƏSMİ
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə edib
Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan boksçularından Avropa çempionatında 2 qələbə
Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti açıqlandı
"Beşiktaş" "Marsel"ə belə qalib gəldi - VİDEO
Azərbaycan yığmalarından növbəti qələbə
Azərbaycan yığmasında yeni baş məşqçi - RƏSMİ
Azərbaycan yığmasının seleksiya xarakterli toplanışı olacaq
“Turan Tovuz” – “Zirə” matçının hakimləri açıqlanıb