Xəbər lentiwidget-title-icon

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə

ATL Akademiya qadın futbol hakimi Brilyant Əhmədzadənin təhsilinə 100%-lik təqaüd təqdim etdi

Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş sosial təşəbbüs çərçivəsində ATL Akademiya, Baku Juniors İdman Klubu və Azərbaycan Futbol Hakimləri İctimai Birliyi arasında xüsusi əməkdaşlıq memorandumu imzalanıb.

Pressing.az xəbər verir ki, memorandum çərçivəsində qadın futbol hakimi Brilyant Əhmədzadəyə ATL Akademiyada Java Backend Proqramlaşdırma sahəsində 100% təqaüdlə təhsil alma imkanı yaradılıb.

ATL Akademiyanın dəstəyi ilə yeni karyera fürsəti

İT sahəsində təhsil və karyera imkanlarının artırılmasına yönəlmiş bu təşəbbüsdə ATL Akademiya qadınların texnologiya sahəsində iştirakını dəstəkləmək məqsədilə iştirak edib. Akademiya, Brilyant Əhmədzadəyə proqramlaşdırma sahəsində təhsil verməklə yanaşı, onun peşəkar inkişafı üçün mentorluq və istiqamətləndirmə dəstəyi də göstərəcək.

ATL Akademiya direktoru Xanım Hüseynzadənin sözlərinə görə:

"Bu təşəbbüs yalnız bir şəxsə təqdim olunan təqaüd deyil, həm də qadınların texnologiyaya keçidində bir körpüdür. Brilyant Əhmədzadənin bu yolçuluğu digər gənc qadınlar üçün də motivasiya mənbəyinə çevriləcək."

Brilyant Əhmədzadə Azərbaycanın Şəmkir rayonunda anadan olub və orada böyüyüb. Uşaq yaşlarından futbola maraq göstərsə də, kənddəki ictimai baxışlar qızların idmanda iştirakını dəstəkləmirdi. 18 yaşında peşəkar futbol karyerasına başlayan Brilyant, Bakıya köçdükdən sonra qadın futbolçularla tanış olub və bu onu daha da ruhlandırıb. Keşlə FK, Xırdalan City və Baku Juniors klublarında çıxış edən Brilyantın bu yolda ən böyük dəstəyi anası Nümunə Süleymanova olub:

"Əvvəlcə qorxdum, düşündüm ki, futbol qız işi deyil. Kənddə nə deyərlər? Amma qızımın marağını görüb qarşısını almaq istəmədim. Onun da arzuları var."

"Baku Juniors" klubundan keçmiş idmançısına dəstək nümunəsi

Brilyant Əhmədzadə, futbolçu karyerası dövründə Baku Juniors İdman Klubunun heyətində çıxış edərkən təşəbbüs göstərərək klubun rəsmi veb-saytının hazırlanmasını öz üzərinə götürmüş və bu prosesi uğurla tamamlamışdır. Məhz həmin dövrdə o, texnologiya sahəsinə olan marağını klub rəhbərliyi ilə bölüşmüşdür. Baku Juniorsun təşəbbüsü və ATL Akademiyanın dəstəyi ilə Brilyant Əhmədzadəyə Java Backend Proqramlaşdırma sahəsində 100% təqaüdlə təhsil alma imkanı yaradılmışdır.

Baku Juniors İdman Klubunun klub meneceri Ağasəf Osmanlı bu barədə bildirib:

"Biz yalnız idmanda deyil, qadınların hərtərəfli inkişafında onların yanındayıq. Brilyantın həyatında yeni bir mərhələnin başlanması bizi sevindirir və bu kimi təşəbbüsləri dəstəkləməyə davam edəcəyik."

Azərbaycan Futbol Hakimləri İctimai Birliyi qadın hakimlərin inkişafını təşviq edir

Layihənin əhəmiyyətini dəyərləndirən Azərbaycan Futbol Hakimləri İctimai Birliyi, bu təşəbbüsün qadın hakimlərin sosial və peşəkar inkişafına təkan verəcəyini qeyd edir. Birlik, gələcəkdə digər perspektivli qadın hakimlərin də bu cür layihələrə cəlb olunması istiqamətində fəaliyyətlərini gücləndirməyi planlaşdırır.

Qurumun sədri Gülağa Cabbarov bildirib:

"Brilyantın bu uğuru göstərir ki, qadın hakimlər üçün təkcə meydanda deyil, meydandan kənarda da inkişaf imkanları mövcuddur. Biz belə təşəbbüslərin genişlənməsi üçün dəstəyimizi əsirgəməyəcəyik."

Birgə imzalanmış memorandum

ATL Akademiya, Baku Juniors İdman Klubu və Azərbaycan Futbol Hakimləri İctimai Birliyi arasında 5 avqust 2025-ci il tarixində imzalanmış memorandumun əsas məqsədi qadınların həm idman, həm də texnologiya sahəsində inkişafına töhfə vermək, onların sosial və peşəkar potensiallarını reallaşdırmalarına dəstək göstərməkdir. Bu əməkdaşlıq, yalnız bir gəncin həyatına toxunmaqla kifayətlənmir, eyni zamanda idman və texnologiya sahələrinin kəsişməsində yeni imkanların yaradılmasına nümunə olur.
ATL Akademiya qadın futbol hakimi Brilyant Əhmədzadənin təhsilinə 100%-lik təqaüd təqdim etdi

Oxşar xəbərlər


Bütün xəbərlər

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib