Xəbər lentiwidget-title-icon

“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik

"Turan Tovuz"un kapitanı: "Dəhşətli "qara zolaq"da olduğumuzu deməzdim" - MÜSAHİBƏ

"Bilirdik ki, "Kəpəz" qələbə qazansa, bizə yaxınlaşacaq. Rəqibi yaxşı təhlil etmişdik. Bilirdik ki, əks-hücuma yaxşı çıxırlar. Elə əks-hücumda da bizi yaxaladılar və qol vurdular. Bundan sonra toparlanmağa çalışdıq. Amma Piruzi Marakvelidzenin qırmızı vərəqə almağı bizi çətinliyə saldı. Çünki, 10 nəfərlə oynamaq həqiqətən də çətindir. "Kəpəz" əks-hücumda oynayırdı. İkinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. Sadəcə olaraq əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. "Kəpəz"i təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Pressing.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib. 30 yaşlı futbolçu Premyer Liqanın 30-cu turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Çempionatın ikinci yarısında "Turan Tovuz" sanki "qara zolağ"a düşüb. Bunun səbəbi nədir?

- Əslində pis başlamamışdıq, qələbələr qazanmışdıq. Son oyunlarda nə qədər şanslarımız olur, amma dəyərləndirə bilmirik. Bəlkə də bu, bir az psixoloji cəhətdən təsir edir. Qarşıda bizi "Neftçi" ilə kubok matçı gözləyir. Motivasiyamız var. Dəhşətli "qara zolaq"da olduğumuzu deməzdim. "Neftçi" ilə ilk görüşdə sərfəli nəticə əldə edib, səfər oyununa gedəcəyik.

- Son pillələrdə olan komandalarla xal fərqi azalıb. Premyer Liqanı tərk etmək təhlükəsi hiss edirsən?


- Xal fərqi elədir ki, heç nəyi təmin etməmişik. 6-cı yerdəyik. Qarşıda hələ 6 tur var. Bu komandalarla öz aramızda oyunlar olacaq. Bu vəziyyətdən çıxmaq üçün hər oyunda xal və ya xallar almağa çalışacağıq.

- Matçın sonunda nə baş vermişdi?

- Mən fikir vermədim. Çünki, nəticəyə görə çox təsirlənmişdim. Derbi oyundur, belə matçlarda bu cür hallar baş verir. Həmin anda yerdə oturmuşdum, düşünürdüm ki, belə oyunda uduzmaq olmaz. Kadrlara baxıb nə baş verdiyini görəcəyik.

Elsevər Muradzadə

Oxşar xəbərlər