Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Danışılası çox şey yoxdur" - Azər Məmmədov

"Kəpəz" klubu Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olub.

Pressing.az
xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Danışılası çox şey yoxdur. Məğlub olmuşuq. Təhlil edib, səhvlərimizə baxmalıyıq. "Turan Tovuz" bu gün qələbəyə layiq idi.

- Əsas oyunçuların hamısını start heyətdə meydana buraxmışdınız. Buna baxmayaraq, ilk yarıda nəticə əldə edə bilmədiniz. Səbəb nədir?

- Birinci hissə ümidverici futbol oynayırdıq. Oyunun qırılma nöqtəsi ilk hissənin son dəqiqəsində vurulan qol oldu. İkinci hissədə vəziyyəti düzəltməyə çalışdıq. Hücuma atılanda qapımızda ikinci qolu gördük. Bundan sonra komanda oyun intizamından qopdu.

- "Turan Tovuz" çox güclü oynadı, yoxsa "Kəpəz" zəif oynadı?

- Hesab edirəm ki, ilk hissə bərabər oyun gedirdi. "Turan Tovuz" fiziki baxımdan bizdən üstün idi. Buna görə qələbə qazandılar.

- "Turan Tovuz"la oyunda "Kəpəz" uğurlu nəticələr qazana bilmir. Bu sindromu qırmaq üçün nə lazımdır?

- Mən özüm futbol oynayanda da "Turan Tovuz"la oyunlar həmişə çətin olurdu. Etiraf edək ki, rəqib heyət, struktur olaraq bizdən üstündür. Səviyyə fərqi görünür.

- Hakimlikdən narazılığınız var?

- İndiyə kimi hakimlər haqda danışmamışam. 0:4 hesabı ilə məğlub olmuşuqsa, hakim haqda danışmağa dəyməz. Amma məncə, ikinci qoldan öncə verilən korner qərarı yanlış idi. Bundan sonra komanda tam olaraq açıldı. Orada korner yoxdursa, bunun məğlubiyyətə təsiri ola bilər.

- Mətbuat konfransına gec gəlməyinizin səbəbi nə idi?

- Qapı kilidlənmişdi, birtəhər aça bildik. Ona görə ləngidik.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Ağır məğlubiyyətdən sonra komandanı motivasiya etmək çətin olmayacaq?

- Sözsüz ki, favorit "Qarabağ"dır. Azərbaycanı Avropada uğurla təmsil edirlər. Amma biz güclü komandalara qarşı yaxşı oynayırıq. Bu gün birinci hissədəki oyunu oynasaq, "Qarabağ"ın avrokubok matçından yararlanıb nəticə əldə edə bilərik.

Oxşar xəbərlər

Bütün xəbərlər