Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Turan Tovuz"un futbolçusu: "Bəzi azarkeşlərin nə düşündüyü bizi maraqlandırmır" – MÜSAHİBƏ

"Turan Tovuz" Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində bu gün doğma meydanda "Göygöl"ü 5:1 hesabıyla məğlub edib.

Qərb təmsilçisinin mərkəz müdafiəçisi Tərlan Quliyev matçdan sonra Pressing.az-ın suallarını cavablandırıb.

- İlk olaraq oyunla bağlı danışardınız...

- Oyun istədiyimiz kimi keçdi. Hətta deyərdim ki, daha çox qol vura bilərdik. Buna da şükür. Əsas olan mərhələ adlamaq idi. Qarşıdan "Sumqayıt"la çempionat matçı gəlir. Elitada üç ardıcıl məğlubiyyətdən sonra bu qarşılaşmaya final matçı kimi baxırıq. Həm də evdə oynayacağımız üçün bu matçda qələbə qazanmaq istəyirik. Ən azından xal ehtiyatımızı artırmağı hədəfləyirik. Çünki artıq qış fasiləsi yaxınlaşır. Ona görə də "Sumqayıt"la oyun çox ağır olacaq.

- Sizcə, bugünkü qələbədən sonra azarkeşlərin könlünü ala bildiniz?

- Birinci növbədə, azarkeş ona deyərəm ki, klub qalib gələndə, məğlub olanda, hətta heç-heçə edəndə də komandasının yanında olsun. Hə, tənqid ola bilər və bunu normal qarşılayırıq. Sadəcə, azarkeşlərimizin bir qismi bilmirəm ki, nə haqda fikirləşirlər. Açığı, bir qism azarkeşin nə fikirləşdiyi bizə maraqlı deyil. Məncə, əsl azarkeş daim komandanın yanında olmalıdır.

- Bumövsümkü performansınızı necə dəyərləndirirsiz?

- Hər an oynamağa hazıram. Daim öz üzərimdə işləyirəm və məşqçi nə vaxt şans verəcəksə, oynamağa hazıram. İlk "11-lik"də olduqda isə passiv qalmamaq üçün daim öz üzərimdə işləməliyəm.

- Ötən mövsümün ikinci yarısından sonra əsas heyətdən kənarda qaldınız, həm də mövqeyinizə legionerlər gətirildi. Sizcə, onlar sizi çox üstələyirlər?

- Deməzdim ki, bizdən qat-qat üstündürlər. Sadəcə, bəzi gedişlər var ki, mən o haqda heç nə deyə bilmərəm. Mən komandanın bir üzvüyəm, 30-31 yaşlı futbolçuyam. Ola bilər bir oyunda meydanda olaram, ikisində olmaram. Bunu normal qarşılayıram. Yəni, heç bir problem yoxdur. Şükürlər olsun ki, həm rəhbərlik, həm də məşqçilərlə münasibətimiz çox yaxşıdır. Önümüzdə uzun marafon var. Sabah bilmək olmur ki, nələr olacaq. Xatırlayıram ki, "Neftçi" ilə oyunda travma aldım və 4 həftə məşq edə bilmədim. Bir neçə oyunu buraxmalı oldum. Bu da normal haldır ki, zədəli futbolçunun yerinə başqası oynasın. Və əgər həmin futbolçu özünü yaxşı tərəfdən göstərirsə, stabil oynayırsa, baş məşqçinin ona şans verməsi olduqca normaldır. Yəni, onu dəyişib, məni oyuna sala bilməz ki... Matçlar oldu ki, Roderik Miller davamlı şəkildə oynadı. Hətta qollar vurdu.

- Başqa klublardan təklif gəlsə, getmək istəyərsiz?

- Bu, hazırda müzakirə mövzusu deyil. Bu barədə mövsümün sonunda danışmaq olar.

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar