Xəbər lentiwidget-title-icon

“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!

Abdulla Rzayev: "Premyer Liqada qalmağı qarşımıza məqsəd qoymuşuq" - MÜSAHİBƏ

"Kəpəz" klubunun futbolçusu Abdulla Razyev Premyer Liqanın 28-ci turunun "Səbail"lə matçında sonra jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az
21 yaşlı sağ cinah müdafiəçisinin müsahibəsini təqdim edir:

- Çətin oyun idi. Əhəməyyətini bilirdik. "Səbail"lə aramızadakı xal fərqini artırmaq istəyirdik. Matça yaxşı hazırlaşmışdıq. Şükür ki, qələbə qazandıq.

- "Kəpəz"in Premyer Liqada qalmağı təmin etdiyini düşünmək olar?

- Premyer Liqada qalmağı qarşımıza məqsəd qoymuşuq. Komanda olaraq hamımız bunun üçün çalışırıq. İnanıram ki, bu tapşırığın öhdəsindən gələcəyik. Hər oyun bizim üçün vacibdir.

- Artıq əsas heyətin üzvünə çevrilmisən. Bu, sənə əlavə motivasiya verir?

- Qərarı baş məşqçi verir. Sözsüz ki, əsas heyətdə meydana çıxanda adam daha özgüvənli olur. Çalışıram ki, məşqçinin mənə verdiyi şansdan yaxşı istifadə edim. Ümid edirəm ki, daim əsas heyətin üzvü olaram.

- "Kəpəz"də icarə əsasında oynayırsan. Mövsümün sonunda "Sabah"a qayıdacaqsan?

- Hələ bu haqda danışmaq tezdir. Məqsədimiz var. Ona çataq, sonra digər məsələlər fikirləşərik.

- Ot örtüyü oyuna necə təsir edirdi?

- Özünüz də gördüz ki, stadion çox pis idi. Belə meydançada oynamaq çətindir. Ancaq mübarizə aparırıq. Texnikadan daha çox döyüşkənlik görünür.

- U-21 millisinin toplanışında idin. Toplanış necə keçdi?

- Yaxşı oldu. 2 yoldaşlıq oyunu keçirdik. Albaniyaya uduzduq, Sloveniyanı isə 2:0 məğlub etdik. Hər iki matçda 90 dəqiqə oynadım.

- Əsas milli komandaya çağırılmaq şansını necə dəyərləndirirsən?

- Hər futbolçuya əsas millidə oynamaq şərəf olar.

Oxşar xəbərlər


Bütün xəbərlər