Xəbər lentiwidget-title-icon

Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!
"Qalatasaray"da ciddi itki

"Bu gün udduq, amma o demək deyil ki..." – Adil Şükürov

"Ağır oyun olacağını gözləyirdik. İstəyimiz ən azından bir xal qazanmaq idi. Qələbə bizim üçün çox sevindirici oldu. Komanda bütün gücünü qoydu. Çox sevincliyik".

Pressing.az
xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə (2:1) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Artıq minimum hədəfə çatdığınızı demək olar?

- Hələ çox tezdir. Qarşıda ağır oyunlar var. Bu gün udduq, amma o demək deyil ki, işimizi həll etdik. Yerimizi daha da möhkəmləndirməliyik.

- Komandanın potensialı nəyə qadirdir?

- Bizdən öndə olan komandalarla xal fərqini azaltmağa çalışacağıq. Amma əsas hədəfimiz Premyer Liqada qalmaqdır.

- Avrokuboklar uğrunda mübarizə aparan komandalar "Kəpəz"ə 3 xal kimi baxacaq. Bu, sizə mane olmayacaq?

- Digər komandaların bizdən gözləntiləri nədir, bilmirəm. Bizim öz hədəfimiz var. Premyer Liqada qalmağı təmin edəndən sonra bizdən öncə gedən rəqiblərə çatmağa çalışacağıq. Digər komandaların "Kəpəz"lə oyuna 3 xal üçün çıxmaqları bizim üçün üstünlükdür. Gəlsinlər, onları qarşılayacağıq.

- Bu oyuna görə xüsusi mükafat olacaq?

- Mükafatla bağlı heç nə danışmırıq. Futbolçuların düşüncəsi belə olmalıdır ki, komanda uduzmasın. Bundan sonra mükafatla bağlı qərarı rəhbərlik verir. Bizim üçün ən vacibi yaxşı oyun göstərməkdir.

- Giorgi Papunaşvilinin komandanın lideri olduğunu demək olar?

- Tək Papunaşvili yox, ehtiyatda olan Turalı, Vurğunu da qeyd edərdim. Biz kollektiv formalaşdırırıq. Hər kəsin istəyi odur ki, komanda qalib gəlsin. Futbolçulardan əlavə, bu, həm də şəhərin istəyidir.

Oxşar xəbərlər


Bütün xəbərlər