Xəbər lentiwidget-title-icon

“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq
Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
"Qalatasaray" - "Fənərbağça" oyunu hansı kanallarda? - TV AFİŞA
Bu ölkədə çempion bəlli oldu
Həsrət Cəfərov və Nihat Məmmədli yarımfinalda
"Real"ın "Barselona" üzərində çətin qələbəsi - VİDEO
Azərbaycan boksçularından dünya çempionatında 2 medal
Azərbaycan yığması İsrailə qalib gəldi
"Zirə"nin Rəşad Sadıqovla 250-ci oyunu
“Qarabağ” “Dinamo” Zaqreblə qarşılaşacaq
ACF Kubokunun ilk qalibləri müəyyənləşib
Renat Dadaşovun komandasından heç-heçə
"Sabah" - "Qarabağ" oyunundakı maraqlı anlar - VİDEO
"İmişli"nin qələbəsi - VİDEO
"Təəssüf ki, azarkeşlərə qol sevinci yaşada bilmədik" - Valdas Dambrauskas
Qurban Qurbanov: “Belə hallar dünya futbolunda da olur”
"Sabah" - "Qarabağ" oyununda "sülh", "İmişli"dən qələbə - YENİLƏNİB
"Sabah" - "Qarabağ" matçı üçün HEYƏTLƏR
AFFA prezidenti millinin oyununu izləyib
“Neftçi” məğlub oldu
"İmişli" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Andorranı məğlub etdi

“Yaxşı ki, erkən qollar vurduq” - Anatoli Nuriyev

“Çətin oyun alındı. Yaxşı ki, erkən qollar vurduq. Bu, işimizə çox yaradı”.

Bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Anatoli Nuriyev Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Pressing.az-ın da əməkdaşının iştirak etdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib.

O, rəqib haqda müsbət fikirlər səsləndirib: “Ardıcıl 2 qol vurduqdan sonra qalan dəqiqələrdə oyun bizim üçün yaxşı keçdi. “Kəpəz” pis komanda deyil. Hazırda turnir cədvəlində aşağı pillədə qərarlaşsalar da, heç də pis futbol sərgiləmirlər. Odur ki, nəticədən məmnunuq”.

“Demək olar ki, “Sabah”a artıq özünə gəlir?” sualını Nuriyev belə cavablandırıb: “Ümid edirəm ki, bu qələbənin bizə çox faydası olacaq. Daha da inkişaf etməli, turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmalıyıq. Yüksək yerlər uğrunda mübarizə aparırıq. Ona görə də üst pillələrə can atırıq”.

27 yaşlı futbolçu ikinci dövrənin sonuna qədər maksimum xal qazanmaq istədiklərini bildirib: “Qış fasiləsinə qədər çempionatda 3 oyunumuz qalıb. Hər 3 görüşdə qələbə qazanmalıyıq. Düzdür, bu, heç də asan olmayacaq. Çünki çempionatda hazırda heç bir oyun asan keçmir. Amma yenə də əlimizdən gələni edəcəyik ki, xal itkisinə yol verməyək. Eləcə də “Kəpəz”lə bizi kubok oyunu gözləyir. O matç da çətin olacaq. Lakin inanıram ki, kubokda 1/8 finalı uğurla adlayacağıq”.

“Sabah”ın üzvü son zamanlar əsas heyətdən kənarda qalmasına da toxunub: “Bu, baş məşqçinin qərarıdır. Mən də bu qərara hörmətlə yanaşmalıyam. Son zamanlar əsas heyətdə daim yer almasam da, məşqlərimi edirəm, tam gücümlə çalışıram. “Kəpəz”lə görüşdə şans qazandım və qol vurdum. Ümid edirəm ki, bu, yenidən əsas heyət üzvünə çevrilməyimdə rol oynayacaq”.

İlk “11-lik”də daim yer almasa da, A.Nuriyev klubunu dəyişmək barədə düşünmür: “Mənim klubla hələ ilyarımlıq müqaviləm var. Ona görə də klubumu dəyişmək barədə, yaxud icarəyə verilmək haqda düşünmürəm. Dediyim kimi, mən üzərimə düşəni edirəm, əlimdən gələni edirəm ki, meydanda daha çox vaxt keçirim”.

Sonda o, sabiq klubu “Sumqayıt”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib: “Belə bir şey yoxdur”.

Elsevər Muradzadə

Oxşar xəbərlər

Bütün xəbərlər