Xəbər lentiwidget-title-icon

"Neftçi" "Sabah"la oyuna hazırdır
Bakıda Avropa su idmanının gələcəyi müzakirə olunub
Azərbaycan taekvondoçusu Fransada ikinci oldu
İspaniya nəhəngində yeni müqavilə - RƏSMİ
AFFA FİFA ilə bağlı UEFA çağırışına qoşulmayan yeganə üzv olub
1-ci Liqa: “Səbail”lə “Karvan-Yevlax”dan heç-heçə
AFFA nümayəndəsinə UEFA-dan yeni təyinat
"İmişli" məşqçisi ilə vidalaşdı
Azərbaycan cüdoçularından dünya çempionatında daha bir medal!
Gəncədə voleybol festivalı keçirilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Sumqayıtda minifutbol turniri keçirilib
Azərbaycan Kubokunda daha 3 komanda mərhələ adladı
"Sabah"ın ÇL matçına 50 minə yaxın bilet satılıb
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlanıb
DÇ: Murad Fətiyev 1/4 finalda
"Zaqatala”nın futbolçusuna “Ayın qolu” mükafatı təqdim olunub
Azərbaycanın iki cüdoçusu 1/8 finalda
Sertan Taşkın "Səbail"də
Boksçularımız yarımfinalda
“LANDAU Lions” İsveçrə klubuna məğlub olub
Azərbaycan millisi FİFA reytinqində geriləyib
Liderlik kürsüsündə şimal rüzgarı: “Şahdağ Qusar” Zaqatala səddini rahatlıqla keçdi
Azərbaycan idmançıları Misirə yollanıb
Azərbaycanın 23 güləşçisi DÇ-də mübarizə aparacaq

“Premyer Liqada qalmağı bacarmalıyıq” - "Kəpəz"in futbolçusu

“Kəpəz” klubunun mətbuat xidməti komandanın kapitanlarından olan Yeqor Xvalkodan müsahibə alıb.

Pressing.az
xəbər verir ki, belaruslu futbolçu komandanın mövsümün qalan hissəsinə hazırlığı və hədəfləri barədə danışıb:

“Prinsipcə, hər şey plan üzrə gedib. Yalnız hava şəraiti ilə bağlı ikinci yoxlama oyununu keçirə bilmədik. Yaxşı məşqlər etdik, gündə iki dəfə hazırlaşdıq. Düşünürəm ki, nəzərdə tutulan proqramı yerinə yetirdik.

Məncə, bu mövsüm çempionatda rəqabət daha böyükdür. Ötən mövsüm aşağı yerlərdə sıxlıq çox idi. Eyni səviyyəli komandalar bir-biri ilə mübarizə aparırdılar. Bu il isə daha çətindir. "Qəbələ" ilə birgə aşağıda yer almışıq. Bir neçə xal qazansaq, yuxarıdakılara çata bilərik.

Bu, mövsümöncəsi bir nömrəli tapşırıq idi: biz Premyer Liqada qalmağı bacarmalıyıq. Vəzifəni yerinə yetirmək üçün çalışacağıq.

Yox, mən bunu etməyəcəm. Qoy məşqçimiz mənim oyunumu dəyərləndirsin. Azərbaycanda ikinci mövsümümdür. Fikrimcə, artıq burada oynamağa alışmışam. Bir çoxlarını tanıyıram. Onlara qarşı necə oynayacağımı bildiyimdən mənim üçün indi asandır. Oyunumu qiymətləndirməyim yaxşı çıxmaz. Məşqçi danışsın.

Azarkeşlərimiz barədə həmişə yaxşı düşünmüşəm. Onlar daim bizi dəstəkləyirlər. Bizim arxamızca hər yerə gedirlər. Stadiona görə ev oyunlarımız da səfərlərdə keçir. Zəhmət çəkib gəlirlər, sağolsunlar".

Oxşar xəbərlər


Bütün xəbərlər