Xəbər lentiwidget-title-icon

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar
"Çelsi"dən "Aston Villa"ya
"Qoca" daha 1 il "Milan"da - RƏSMİ
"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 qol
“SSKA çox bərk rəqib idi” - Qurban Qurbanov
Rəşad Sadıqov: "Təəssüf ki, qol epizodlarından yararlana bilmədik"
Mahir Emreli "Rakuv"un heyətində ilk qolunu vurdu - VİDEO
"Qarabağ" SSKA ilə heç-heçə etdi - YENİLƏNİB
"Zirə" "Payde"yə məğlub oldu - YENİLƏNİB

Maksim Medvedev: "Buna görə də hamı hazır olmalıdır" – MÜSAHİBƏ

"Matç ağır oldu. Çünki, səfər oyunu idi. Qəbələdə hava bir az fərqlidir. Məqsədimiz buradan 3 xalla dönmək idi. Arzumuza çatdıq. Uşaqlar canla-başla oynadılar. Heyətdə rotasiyalar var idi. Komandamız çox böyükdür. Hər kəsə oyun praktikasını qorumaq üçün oynamağa imkan yaradılır. Hamı eyni performansda qalmalıdır. Çünki, oyunlarımız çoxdur. 3-4 gündən bir matçlarımız var. Buna görə də hamı hazır olmalıdır. Meydanda olan futbolçular hamısı yaxşı oynadılar".

Bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Premyer Liqanın 20-ci turu çərçivəsində ötən gün səfərdə "Kəpəz"ə qalib gəldikləri matçdan (2:1) sonra deyib.

Təcrübəli futbolçu oyundan sonra Pressing.az-ın suallarını cavablandırıb:

- Qəbələyə matç günü gəlməyinizin oyununuza təsiri oldu?

- Yox. Hətta komanda üzvləri özləri də oyun günü təyyarə ilə gəlməyə daha isti yanaşır. Çünki, oyundan bir gün əvvəl və oyun günü bazada oluruq. Daha sonra bir gün evdə, sonra məşq, sonra yenə oyun. Bu, çox çətin qrafikdir. Rəhbərlik və baş məşqçimiz futbolçular üçün nəyin rahat olduğunu müzakirə edirlər. Biz də onlara təşəkkür edirik. Çalışırıq ki, təşəkkürümüzü meydanda oyunumuzla göstərək.

- İkinci yerlə "Qarabağ" arasında 17 xal fərq var. Rəqabətsiz çempionatda oyunlara necə motivasiya olursuz?

- Rəqabətsiz demək olmaz. Sadəcə bu il çempionata daha diqqətli yanaşırıq. Ötən mövsüm etdiyimiz səhvləri etməməyə çalışırıq. Ona görə də xal fərqi belə böyükdür. Məqsədimiz hər oyunda qələbə qazanmaqdır.

- 'Braqa" ilə matç barədə nə düşünürsən?

- O oyun barədə düşünmək tezdir. Hələ rəqibi təhlil etməmişik, heç bir məlumatımız yoxdur. Bildiyimiz odur ki, uzun bir səfər edəcəyik, təxminən 6 saatlıq yoldur. Bu gün "Braqa" haqda nəsə danışmaq tezdir. Hara getdiyimizi bilirik. Bu, Azərbaycan çempionatı, kuboku deyil. Bir neçə pillə yüksək olan oyun bizi gözləyir. Yaxşı hazırlaşacağıq, baş məşqçinin tapşırıqlarını yerinə yetirəcəyik.

- Milli komanda ilə bağlı düşüncələrin necədir?

- O mövzuda danışmaq mənim üçün çətindir. Çünki, son vaxtlar çox oynamıram. Bu, bir reallıqdır. Amma başqa bir reallıq da odur ki, klubunda oynamayan futbolçular yenə milliyə dəvət olunurlar. Nəisə danışmaq çox çətindir. Baxaq görək yeni baş məşqçi kim olacaq. Mənə ehtiyac olsa, çağırılsam, gedəcəm.

- Səncə, millinin baş məşqçisi yerli mütəxəssis olmalıdır, yoxsa əcnəbi?

- Əslində mən sonuncu dəfə televiziyada bunu deyəndən sonra milliyə dəvət almadım. Çox danışılası mövzudur. Mən gündəmdə olan azərbaycanlı mütəxəssislərə üstünlük verilməsinin tərəfdarıyam. Əcnəbiyə nə qədər vaxt verilirsə, özümüzünkülərə də o qədər vaxt verilsin. 6 aydan, 1 ildən sonra çıxarmasınlar. Heç olmasa iki tsikldə komandanı çalışdırsın, ondan sonra müzakirə olunsun.

- Karyeranla bağlı gələcək planların nədir?

- Müqaviləm bitənə yaxın daha dəqiq bilinəcək. Bu gün komanda ilə birlikdə məşq edirəm, burada olmaqdan ləzzət alıram. Yeni oyunçular gəlir. Həmişə bu atmosferin içində olmuşam. Həyatımın 70 faizi "Qarabağ" klubudur. Ona görə də birdən-birə karyeramı bitirmək menim üçün çətin ola bilər. Hələ ki, məşq edirəm. Nə vaxt rəhbərlik, baş məşqçi istəməsə, mən də həmin vaxt karyeramla bağlı düşünəcəm.

- "Qarabağ"dan təklif olmasa, başqa kluba keçə bilərsən?

- 20 ildir "Qarabağ"dayam. İstəmirəm ki, karyeramı başqa klubda bitirim. İstəyim budur. İstəklərim çox deyil. Vaxtında buradan getmədim, istədim ki, burada qalım. "Qarabağ"a görə mən Maksim Medvedev olmuşam. Burada 14 kubok qazanmışam. Mənim bu klubla olan əlaqəm heç yerdə olmayacaq.

Elsevər Muradzadə/Qəbələ

Oxşar xəbərlər


Bütün xəbərlər

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar
"Çelsi"dən "Aston Villa"ya
"Qoca" daha 1 il "Milan"da - RƏSMİ
"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 qol