Xəbər lentiwidget-title-icon

İlham Əliyev millimizi təbrik etdi: “Bütün qollar bir-birindən gözəl idi”
"Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq"
Kurban Berdıyev: "Üzücü məqam odur ki, qələbə qazana bilmədik”
Bakıda "sülh", "Kəpəz"dən qələbə - YENİLƏNİB
"Düşünürəm ki, qələbəyə layiq idik" - Azər Məmmədov
Prezident İlham Əliyev dünya çempionatının açılışında
Zaur Həşimov: "Hazırda çox çətin durumdayıq"
"Neftçi" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda iki medal
"Şəfa" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
"Naxçıvan"dan qələbə - ABL
"Sabah"ın ulduzu Bundesliqa klubuna keçə bilər
Nə Elxan Məmmədov belə etmişdi, nə də Sərxan Hacıyev – ən pis nümunə Cahangir Fərəcullayevdir
Bu gün Bakıda U-15 dünya çempionatı start götürür
MPL: "Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı
Azərbaycan çempionatlarının 15000-ci qolu ondan gəldi
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalında
Zirədə 5 qol - VİDEO
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq" - VİDEO
"Sumqayıt"ın baş məşqçisindən məğlubiyyət şərhi
"Zirə" və "Qəbələ"dən qələbə – YENİLƏNİB
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Qol vurmaqda çətinlik çəkirik"
"Qarabağ"ın ötənilki heyəti daha güclü idi" - Yeton Bekiri
“Qarabağ” və “Kəpəz”in əvəzedicilərindən qələbə

Azər Bağırov: "Mutunun fikirlərinə hörmətlə yanaşıram"

"Çətin olacağını bilirdik. "Neftçi" ölkəmizi adlı-sanlı, nəhəng klublarındandır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı oyunçuları var. Bunları və "Neftçi"yə qarşı necə oynayacağımızı uşaqlara bildirmişdik. Bəzi boşluqlarımız oldu. Həyəcan var idi. "Neftçi"nin hazırlıqları yaxşı səviyyədə idi. Şükürlər olsun ki, bu gün qələbə bizim oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı və sona qədər mübarizə apardılar. Mənim üçün çox vacib idi".

Pressing.az
xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turunun "Neftçi"yə (1:0) qarşı keçirilmiş mətbuat konfransında deyib.

- Adrian Mutu bildirdi ki, 10 nəfərlə müdafiə olunan rəqibə qarşı oynamaq çətindir. Bu fikirlərlə nə qədər razısız?

- Fikirlərinə hörmətlə yanaşıram. Amma biz epizodik olanda arxada otururduq. Mən açıq futbol oynamağı xoşlayıram. Hətta 10 nəfərlə qalanda da, rəqibi qabaqda sıxırdıq, pressinq edirdik. Həmişə çalışmışam ki, rəqib tərəfdə oynayaq və üstünlük bizdə olsun. Mutunun fikirlərinə isə hörmətlə yanaşıram.

- Qələbəyə görə xüsusi mükafat olacaq?

- Onu rəhbərlik verəndən sonra biləcəyik. Amma bu gün "Neftçi" ilə oynayırdıq deyə, xüsusi hazırlığımız da yox. Meydana çempionatın bir oyunu kimi çıxdıq, qalib gəldik. Rəhbərlik hansı mükafatı verərsə, onunla da kifayətlənəcəyik.

- “Araz-Naxçıvan” hansı pillədə olsa, sizi qane edəcək?

- Hansısa pillə barədə düşünmürük. Bu günlə yaşayıram və sabaha baxıram. Komandama ən yaxşısını etməyə çalışıram. Hansı pillədə olacağımızı sonda biləcəyik. Amma maksimumu etməyə çalışırıq.

- PRO kateqoriyalı məşqçi bu gün "Neftçi" kimi tarixi, tanınmış baş məşqçisi olan rəqibə qalib gəldi. Özünüz nə hiss edirsiz?

- Heç nə. Qolun özündə də belə, böyük sevincim olmadı. Mənim üçün önəmli olan qol yox, nəticədir. Komandam nəticə qazanırsa, içimdə sevinirəm. Arada düşünürəm ki, nələrisə daha yaxşı etmək olardı. Dünənlə yaşamırıq, bu gün maksimumu edib, sabahı düşünürük. Nəticə gələcək. “Neftçi”ni udduq və ya “Qarabağ”a uduzduq, fərq etməz. Hər oyunda komanda üçün nə vacibdirsə, onu edirik. Hansısa komandanı udmaq mənə şöhrət gətirmir. Əsas olan üç xaldır və komandamızın qələbəsidir.

Oxşar xəbərlər

Bütün xəbərlər